Nə ola-ola...
«Nişançı özümüz, hədəf özümüz»;Dayanaq, sonrası nə ola-ola.Hələlik pis yanmır köhnə odundaBu ocaq, sonrası nə ola-ola.
Ömrümüz qüruba əyilənəcənYorulub bezməyək bu əyləncədən.Dedi-qodu adlı bir əyricədənAtılaq, sonrası nə ola-ola.
Bir az qəlbimizin səsindən qaçaq,Bir az ağlımızın dərsindən qaçaq.İnad ikiləşsə, tərsindən qaçaq,Yad olaq, sonrası nə ola-ola.
Özünü haqq bilsən, məni də haq san,Çətin ki, qovuşaq su olub axsaq.Bir odda külümüz qovuşacaqsa,Od olaq, sonrası nə ola-ola...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-ne-ola-ola
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dilim dinməz, kirpiklərim səs elər,Necə xoşdu – ürəyimi kəs elə...
Sözsüz olandaQələmim yol çəkə, dağ yara bilmir,Yoxdu sözlüyümdə sözdən ayrı dən.
Bağışla, dəniz!Şəninə nə qədər şer yazmışam,Sahil qumlarına şüar yazmışam.
Dalğa sındıran qayaTofiq Mahmuda*Min illərdir hikkə qırır hikkəsi onun,
Başqa şairlərin şeirləri
Bütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
Məftuni-səri-zülfüne qüllab gərəkməzMəftuni-səri-zülfüne qüllab gərəkməz,Rəncuri-ləbi-ləlinə innab gərəkməz.
Mirzə Həsən ilə Aşıq Pərinin deyişməsiMirzə Həsən:**Qönçə lətafətli, lalə üzlüsən,
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.