Ocaq yanır, görən yoxdur
Öz əlinlə qalamışdın bu ocağı,İndi ona çovğun, küləkgərək deyil.Bəsdir elə özü üçün tək yanmağı,İndi ona su əndərməkgərək deyil.Qovrulacaq, burulacaq dilim-dilim,Hayandasa qor düşəcək qamqalağa.Bir işım köz aparacaq qarsan əlinNeçə əlin tüstüsündən dəm qalağa.
Yanmayacaq, ürəyindən od üfürsən,Közərsə də görəcəksən: odu bumbuz...Görəndə ki, od içində üşüyürsənYada düşər o ilk görüş, ilk qorumuz.
Min ocağın odunu tök, qala indi,Nəfəs yoxsa, oddan oda kərəm yoxdur.Ha desəm ki, öz-özümə tüstüləndim,Ocaq yanır, yanmağını görən yoxdur.
Ürəyimin od donunu soyub getdin,İndən belə od bölüşmək deyil asan.Bir ocağı yana-yana qoyub getdin,Bir ocağı sönə-sönə aparırsan...
Yanvar, 1977
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-ocaq-yanir-goren-yoxdur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tofiq Mahmuda*Min illərdir hikkə qırır hikkəsi onun,
Dağ qopdu yerindən...Dağ uçdu – uçunma, vaysınma hədər,Qopanı saxlamaz nə güc, nə qılıq.
Bu gecə yuxumda Arazı gördümBu gecə yuxumda Arazı gördüm,Arazı belə tox görməmişdim heç.
Bir insana inamımı itirdimAğ yol idi... ikimiz bir qaraltıNağıl kimi: işıq yandı, it hürdü...