Göygöl
Çiskinli bir gündə gəldim bu yerə,Dumanda görünməz – dumandı Göygöl.Tənha qayalara, lal meşələrəZülmət gecələrdə hayandı Göygöl.
Bir səhər gördüm ki, durulub yatır,Kəpəzin dibində burulub yatır.Qovulan ceyran tək yorulub yatır,Daş atdım, diksinib oyandı Göygöl.
Döşünü qayıqlar düymə tək bəzər,Dedim bu görkəmlə Xəzərə bənzər –Qızını yaylağa köçürüb Xəzər;Baxdı, cilvələndi, nazlandı Göygöl.
Yel əsdi, yarpaqlar suya töküldü,Göy çitə tünd sarı güllər tikildi...Buludla ağladı, günəşlə güldü,Deyəsən, bir kövrək insandı Göygöl...
Sentyabr, 1964
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-goygol
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Gör nə əcayib gülü var Təbrizin,Dil-dil ötən bülbülü var Təbrizin,
VəndSəfheyi-mülk cahanda xalə bənzərdir Vənd,Basəfalıqda behişt ilə bərabərdir Vənd
Sinədə yüz gizli dərdim qaldı, canan, əlvida!Qəm dağı köçdü qapından, getdim, ey can, əlvida!
Ay, ayTək gəldin cahana, didarı göyçək,Dəndanı yaqutsan, ləlsən, ay, ay.