Bu qədərgüllərə uyma, gül balam,Mənsiz bu töhfələr yox ola bilər.Körpə duyğuların belə zövq ala,Beləcə incəlib, yuxala bilər.

Mağara ağızlı vədlər kamınaTez baxıb, tez uyan incələr olur.Qəfil bürkülərin yaz kəlamınaTez uyan,quruyan incələr olur.

Mələr çəmənlərdə quzu küləklər,Sazaqlar yol üstə yaz haraylayar.Qırıb pəncərəni quzğun küləklər,Qəlbini didməyə yas haraylayar.

Güllərə hopulan bu alqışlarıGülüm, göz yaşınla yuyarsan onda.Tikan qayğıları, buz baxışları,Ayaz gülüşləri duyarsan onda.

İyun – avqust, 1970

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar