Daş qartal
Şamil Əsgərova
O, daşdan yonulub dağ zirvəsində,Baxışı qəzəbli, duruşu məğrur.Elə dartınıb ki, yan-yörəsindənQoca qartallar da uçmağa qorxur.
Gözü hədəf gəzir göy tağlarında,Uçmağa tələsir, mənzil uzaqdır.Deyirsən, bu saat caynaqlarındaDağı da havaya qaldıracaqdır.
Qanadı altından keçir boz duman,Qanadı ucuna ilişir bulud.Diksinir ötəndə onun yanından,Qaralıb ağlayır gümüşü bulud.
Sanki dağ hirslənir: bu nə duruşdur,Nə qədər çəkərmiş qartal uçmağı!Daşı qartal etmək dağlara xoşdur,Qartalın daşlığı kiçildir dağı.
Kəlbəcər – Bakı, iyul, 1968
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-das-qartal
← → düymələri ilə keçid, R — təsadüfi şeir