Aldada bilirəm özümü hərdən
Aldada bilirəm özümü hərdən,Özümə xoş gəlir bu qəbahətim.... Dönəcək gəncliyim uzaq səfərdən,Dönəcək yanında ilk məhəbbətim.
Yüyən gəmirəcək cavanlıq atım,Subay gündəliyim hələ ki ağdır!Zaman saçlarımdan ağ zarafatıUtana-utana aparacaqdır.
Nə zaman tikildi bu tərs dəyirman?Bir nəsil sözünü nə tez danışdı?«Bu da bir zarafat» – deyən NərimanDünən nişanına çağırmamışdı?..
İnana bilmirəm: ölüm haqq ola,Torpaq rəssam uda, bəstəkar uda! –Ana dəfn oluna, gözəl qocala...Bəlkə bir səhnədir,əsərdir bu da...
Deyirəm, dost olum bu mərd düşmənə,Bu yazıq ölüm də qonaqdı yəqin.Qəfil büdrəmələr, qəfil düşmələrHəyatda ötəri sınaqdı yəqin.
Sözün dərgahına dərd yaxın düşə!İnansam, qələmin bağrı çatlayar.Nizami göz yumub, köçdü günəşə,Mənə də bir qarış yer saxlatdırar...
Deyirəm, dahilik hayım-harayımÜfüqdən boylanır... Bu nədir hələ –
Günəşdən ayrıca bir işıq payıMənim ünvanıma yol gəlir hələ.
Üzümə dəyməyir ana nəfəsi,Nə bərk yuxudayam, nə bərk yuxuda...Qızlarım – taleyin ulduz töhfəsi,Oğul da görəydim gərək yuxuda.
Dünya qulaq asır sözün səsinə,Dilimin ucunda ilan durubdu!Nə büksəm həqiqət qiyafəsinəKeşikdə yaraqlı inam durubdu.
Məni mən olanlartez duyub anlar,Dünyada nə qədər yalançı vardır!Bəlkə də özünü aldatmayanlarDünyada ən böyük yalançılardır.
Dekabr, 1973
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-aldada-bilirem-ozumu-herden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəd xəbərlər qoymur məni şer yazmağa,Dönür döyüş səngərinə ocağım-odam.
Köhnə dostÇoxdandır əllərin əlimə dəymir,Niyə bu köhnə dost köhnəlmiş oldu?
Gəlmədi RəsulBu il «Sabir günləri»nə gəlmədi Rəsul,Hər ocağa bu xəbərin ayazı yetdi.
Qırx doqquz yaşım14 oktyabr – qırx doqquz yaşım...Görüşdük onunla xəstəxanada.
Başqa şairlərin şeirləri
Səhər-səhər dad-fəryad edincə,Varıb bağ küncündə yatsın bülbül,
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Ey xətin muyu mənə mülkü-Süleymandan ləzizEy xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!