Həsrətimin yaşı
Həsrətimin yaşı çoxdur yaşımdan,Hicran dərdli bir insanam, a dostlar!Bu həsrəti soruşun göz yaşımdanAyrılıqdan bağrı qanam, a dostlar!
Döyüşlərdə mərd oğullar itirən,Bağçaları qara güllər bitirən,Dumalarla mənə xəbər yetirənO sahildən nigaranam, a dostlar!
Mən nə çörək, nə şan-şöhrət acıyam,Nə məhəbbət, nə hürriyyət acıyam.Vahid vətən, vahid millət acıyam,Cənub dərdli Süleymanam, a dostlar!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-hesretimin-yasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dostlar! Axır zamanlar məni yaman dərd alıb,Nədənsə bir sualım yenə cavabsız qalıb.
Çiçəklər aləmindəÇiçək mağazasının keçərkən qarşısındanFikirlər dəryasına qərq oluram hər zaman.
ƏtəyimdədirVətən torpağının nəfəsi, ətriMənim duzumdadır, çörəyimdədir.
İki qardaşÜzeyir Hacıbəyovun və*Müslüm Maqomayevin xatirəsinə*
Başqa şairlərin şeirləri · Hicran
Eşq camından içən kimsə huşyar olmaz,Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.
AxtarırsanAhu nigah, ay həsrəti xumarın,Dolanıb bağlarda bar axtarırsan.
Yetişdi cana konul, ey nigar, rəhm eyləYetişdi cana konul, ey nigar, rəhm eylə,Qalıb yolunda gozum intizar, rəhm eylə!
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.