Cənublu qardaşlarıma

Qırx il var ki, görməmişəm Təbrizi,Ordan mənə bir nişana göstərin.Özünüzü hər bu taya gələndə,Ayrılıqdan bağrı qana göstərin.Əlinizdə hər nə varsa oralıŞair könlü pərişana göstərin.Sinəsinə həsrət dağı çəkilmiş,Hamınızdan nigarana göstərin.Yaşarsa da bu görüşdən gözləriOnun kimi yana-yana göstərin.Heç olmazsa cansız kino lentadaTəbrizini Süleymana göstərin.Sizin üçün böyük “günah” olsa daMən imansız müsəlmana göstərin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran