Adın dilimdə, bu gün də şirin dilimdə qalıbGözüm yolunda gözəl – dərdli Təbrizimdə qalıb.Səninlə yollar ağartdıq dünən o yerlərdə,Bu gün yəqin ki, o tayda ayaq izim də qalıb.Haray çəkib gecə-gündüz, vüsal deyib gəzirəm,Nə yaxşı ki, hələlik taqətim dizimdə qalıb.Uzaqdasan, mənə yalnız təsəlli varsa budur –Ömürlük, ey gözəlim, surətin gözümdə qalıb.Süleymanam sənə qurban, görüşməsək də bu günMəhəbbətin ürəyimdə, mənim özümdə qalıb!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri