Doğmadır könlümüzə qeyrəti təbrizlilərin,Beçə baldan da şirin söhbəti təbrizlilərin.Bilirəm xeyli zamandır ki, mənimtək – bilirəmBir vüsal arzusudur həsrəti təbrizlilərin.İgid övladları dar gündə itirməz özünü,Yayılıb yer üzünə qüdrəti təbrizlilərin.Ölümün dik gözünə baxmağa öyrənmişlər,Bəllidir yadlara bu cürəti təbrizlilərin.Dözməz haqsızlığa, tarix bunu çox yaxşı bilir,Kişilikdir belə xasiyyəti təbrizlilərin.Duz-çörək kəsmişəm onlarla ağır günlərdə,Doğruluqdur əbədi sərvəti təbrizlilərin.Yaxşı niyyətlə gələn qəlbi təmiz hər qonağaHər zaman hədsiz olur hörməti təbrizlilərin.Analardan süd əmir körpəcə Səttarxanlar,Olacaq hər biri şan-şöhrəti təbrizlilərin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran