باد، نقاب از طرفی برگرفتخواجه سبک عاشقی از سر گرفت

Bir tərəfə atınca gülək öz niqabını,Xacəsə işə saldı eşqinin rübabını.

گل نفسی دید شِکَر خنده‌ایبر گل و شِکَّر نفس افکنده‌ای

Göründü gözlərinə şirin gülüşlü canan,Öyünərək o, gülə, şəkərə verirdi can.

فتنه آن‌ ماهِ قصب‌دوختهخرمنِ مه را چو قصب سوخته

O ipək paltarlının, ay üzlünün bəlasıBəxş etdi xırmanına ayın alov dalğası.

تا کمر از زلف زره بافتهتا قدم از فرق نمک یافته

Bir zireh toxumuşdu zülfündən belinədək,Təpədən dırnağadək həm duzlu, həm də göyçək.

دیدن او چون نمک‌انگیز شدهر که در او دید نمک‌ریز شد

Ona nəzər yetirmək çox duzlu olduğundanBaxanların gözləri qamaşırdı anbaan.

تا نمکش با شکر آمیختهشِکَّر شیرین‌نمکان ریخته

Onun duzu şəkərlə qarışan gündən bəriDağılmışdı əlilə gözəllərin şəkəri.

طوطی باغ از شکرش شرمسارچون سرِ طوطی زنخش طوقدار

Şəkərindən xəcalət çəkirdi bağ tutisi,Tutinin başı kimi halqalıydı çənəsi.

زان زنخِ گِردِ چو نارنج خوشغبغب سیمین چو ترنجی به کش

Gözəl bir narınc kimi yumru çənədən, bir bax,Sinəyə turunc kimi sallanmış gümüş buxaq.

مست‌نوازی چو گلِ بوستانتوبه‌فریبی چو مُلِ دوستان

Məstləri oxşayandı sanki o bostan gülü,Dostlar şərabı kimi tövbə qırır əməli.

لب طبری‌وار طبرخون به دستمغز طبرزد به طبر خون شکست

Təbəristanlı kimi qırmızı söyüdüyləNabatın kəlləsini yarırdı gülə-gülə.

سرخ گلی سبزتر از نیشکرخشک نباتی همه جلاب‌تر

Qızıl güldü, yaşıldı, neyşəkər qamışından,Bir quru nabatdı ki, gülab sanardı baxan.

خال چو عودش که جگرسوز بودغالیه‌سای صدف روز بود

Onun səndələ bənzər xalı ciyər yandırar,Gündüzün sədəfində çox misilsiz ətri var.

از غم آن دانهٔ خال سیاهجمله تن خال شده روی ماه

Qara xalın qəmindən dəyişib bütün əhval,Ayın üzü olmuşdu başdan-ayağa xal-xal.

جزع ز خورشید جگر سوزترلعل ز مهتاب شب افروزتر

Günəşdən artıq cigər yandırırdı gözləri,Dodağı aydan da çox parladırdı hər yeri,

از بنه دل که به فرسنگ داشتراه چو میدان دهن تنگ داشت

Açmışdı öz yükünü xeyli uzaqda ürəkAğzı qədər dardı yol çətindi ona yetmək.

زان دل سختش که جگر‌خواره گشتبر جگر من دل من پاره گشت

Onun, cigəri, qana döndərən qəlbi, yara —Ciyərimi, qəlbimi elədi para-para.

لب به سخن خنده، به شِکَّر خوریرخ به دعا، غمزه به افسونگری

Sanki şəkər yeyərdi dinib ağız açanda,Əfsunlardı qaş-gözü daim dua saçanda.

بسته چو حقه دهن مهره‌دارراهگذر مانده یکی مهره‌وار

Öz möhürlü ağzını bağlamışdı hoqqa tək,Ancaq bir möhrə üçün yol qalmışdı, xeyli təng.

عشق چو آن حقه و آن مهره دیدبوالعجبی کرد و بساطی کشید

Eşq görüb hoqqanı, o muncuğu qaldı mat,Heyrətlərin içində qurdu gözəl bir büsat.

کیسه صورت ز میانم گشادطوق تن از گردن جانم گشاد

Surətin kisəsini çəkib belindən haman,Bədən həmailini öz boynundan açdı can.

کار من از طاقت من درگذشتکآب حیاتم ز دهن برگذشت

Mənim dirilik suyum ağzımdan aşıb daşdı,Bir iş görə bilmədim, fikrim, xəyalım çaşdı.

عقلِ عزیمت گر ما دیو دیدنقره آن کار به آهن کشید

İradəli ağlımız div gördü birdən-birə,O, işin gümüşünü çəkdi tamam dəmirə.

دل که به شادی غم دل می‌گرفتچشمه خورشید به گل می‌گرفت

Könül silmək istərkən şadlıqla qüssəsini,Suvamaq istəyirdi günəşin çeşməsini

مونس غمخواره غم وی بُوَدچاره‌گر می‌زده هم می بُوَد

Hər qəmlinin munisi yalnız qəmidir, qəmi,Məxmurun ən axırda şərab olur həmdəmi.

ای به تبش ناصیت از داغ منبیخبر از سبزه و از باغ من

Ey mənim əzabımdan alnı dağlar görən ər,Mənim yaşıllığımdan, gül bağımdan bixəbər!

سبزه فلک بود و نظر تاب اوباغ سحر بود و سرشک آب او

Çəmən bir fələkdi ki, təravəti nəzərdi,Bu səhər bağçasını göz yaşları bəzərdi.

وانکه رخش پردگی خاص بودآینهٔ صورت اخلاص بود

Hər kimin ki, xaslığa mənsubdur gözəl üzü,İxlas surətinin tək odur parlaq güzgüsü.

بسکه سرم بر سر زانو نشستتا سر این رشته بیامد بدست

Başım dizimin üstə düşüb çox qaldı, belə,Zəhmətdən sonra gəldi bu ipin ucu ələ.

این سفر از راه یقین رفته‌امراه چنین رو که چنین رفته‌ام

Bu səfərə yəginlik yoluyla getmişəm mən,Yeri! Getdiyim kimi get bu doğru yolu sən.

محرم این ره تو نه‌ای زینهارکار نظامی به نظامی گذار

Amandır, sən bu yola əsla deyilsən məhrəm!Nizaminin işini özünə tapşır bu dəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar