Sirlər xəzinəsi, fəsil 16
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
رایض من چون ادب آغاز کرداز گره نُه فلکم باز کرد
Tərbiyə verənimsə ədəb nurini saçdı,Mənə doqquz fələkin düyünlərini açdı.
گرچه گره در گرهش بود جایبرنگرفت از سر این رشته پای
Düyün-düyün üstünə yer salmışdısa ancaqO, bu işin başından əsla çəkmədi ayaq.
تا سر این رشته به جایی رسیدکان گره از رشته بخواهد برید
Nəhayət ipin başı çatdı elə bir yerə,Düyün ipdən üzülmək istədi birdən-birə.
خواجه معالقصه که در بند ماستگرچه خدا نیست، خداوند ماست
Çox da düşmüşdür bəndə bədəndə ürəyimizO, allah olmasa da, onun əmrindəyik biz.
شحنهٔ راهِ دو جهانِ منستگرنه چرا در غم جان منست؟
İki dünya yolunda gözətçidir o mənə,Yoxsa neçin canımın dərdini çəkir yenə?
گرچه بسی ساز ندارد ز منشفقت خود باز ندارد ز من
Getməsə də mənimlə yola çıxarmaram səs,Yenə də şəfqətini o məndən əsirgəməz.
گشت چو من بیادبی را غلامآن ادبآموز مرا کرد رام
Mən tək bir ədəbsizə o bir qul olduğundan,Ədəb öyrədən zaman məni yumşaltdı, inan.
از چو منی سر به هزیمت نبردصحبت خاکی به غنیمت شمرد
Bir mənim kimisindən qaçmadı, etdi ülfət,Saydı bir dəyərsizin söhbətini qənimət.
روزی از این مصر زلیخاپناهیوسفیی کرد و برون شد ز چاه
Züleyxanın pənahı — bu Misirdən bir gün oÇıxdı Yusiflik edib quyudan büsbütün o.
چشم شب از خواب چو بردوختندچشم ِ چراغِ سحر افروختند
Gecənin gözlərini yuxuyla tikən zamanSəhərin gözlərini eylədilər çırağban.
صبحْ چراغی سحرافروز شدکُحلی شب، قرمزی روز شد
Səhər alışıb yandı göylərdə çıraq kimi,Gecə qaçdı, al şəfəq göründü bayraq kimi.
خواجه گریبانِ چراغی گرفتدست من و دامن باغی گرفت
Xacə əlini atıb işıq saçan çırağa,Yapışaraq əlimdən məni apardı bağa.
دامنم از خارِ غم آسوده کردتا به گریبان به گُل آموده کرد
Mənim qəm tikanından ətəyim azad oldu,Budur, yaxama qədər çiçəklə, güllə doldu.
من چو لب لاله شده خندهناکجامه به صد جای چو گل کرده چاک
Lalənin dodağı tək güldüm, qəhqəhə çaldım,Gül kimi paltarımı yüz yerdən parçaladım.
لالهْ دلِ خویش به جانم سپردگُلْ کمرِ خود به میانم سپرد
Özünü bu canıma tapşırdı ürək laləm,Kəmərini belimə bağladı gülsə o dəm.
گَه چو می آلودهبهخون آمدمگَه چو گل از پرده برون آمدم
Mən gah bələşmiş oldum şərab kimi al qana,Gah qönçədən çiçək tək baş çıxartdım hər yana.
گل به گل و شاخ به شاخ از شتابمیشدم ایدون که شود نشو آب
Tələsib şaxdan-şaxa, qonurdum güldən-güləBəlkə bir su mənbəi tapdım su dəysin dilə.
تا علم عشق به جایی رسیدکز طرفی بوی وفایی رسید
Eşqin böyük bayrağı yüksəldikcə yüksəldi,Bir yandan, bir tərəfdən vəfa qoxusu gəldi.
نکته بادی به زبان فصیحزندهدلم کرد چو بادِ مسیح
Yarın yanından əsən yelinsə şirin diliQəlbimi diriltməyə oldu bir İsa yeli.
زیر زمین ریخت عماریم راتک به صبا داد سواریم را
Yükümü birdən-birə atdan yerə devirdi,Miniyimi səbanın ixtiyarına verdi.
گفت فرود آی و ز خود دم مزنورنه فرود آرمت از خویشتن
Dedi ki: „Düş aşağı, özündən dəm vurma sən,Yoxsa ki, çıxardaram səni öz-özlüyündən.
من که بر آن آب چو کشتی شدمساکن از آن باد بهشتی شدم
Həmin dənizdə üzən səfərkeş bir gəmiykənO cənnət güləyilə hərəkətdən qaldım mən.
آب روان بود فرود آمدمتشنهزبان بر لبِ رود آمدم
Cumub aşağı endim görüncə bu çeşməniSusuzluq çaya doğru çəkib apardı məni.
چشمهای افروختهتر از آفتابخضر به خضریش ندیده به خواب
Günəşdən daha parlaq bir, bulaq idi, dinlə,Görməmişdi Xızr onu röyada, göydə belə.
خوابگهی بود سمنزارِ اوخوابکنان نرگسِ بیدار او
Yatmalı bir yer idi, onun yasəmənliyi,Oyaq nərgiz ilə o, yatırar çəmənliyi.
دایرهٔ خطِ سپهرش مقامغالیهٔ بوی بهشتش غلام
Göyün xətt dairəsi ona bir məqam idi,Behiştin ətri ona qul idi, qulam idi,
گل ز گریبان سمن کرده جایخارکشان دامن گل زیر پای
Çəmənin yaxasında özünə yurd saldı gül,Gül ətəyi ayaqdan tikan çıxarırdı bil.
آهو و روباه در آن مرغزارنافه به گل داده و نیفه به خار
O çəməndə ilişdi gözümə ceyran, tülkü,Gülə ətri verdilər, tikana isə kürkü.
طوطی از آن گل که شکرخنده بودبر سر سبزیش پر افکنده بود
Elə ki, tuti quşu gülüb o gülü gördü,Yarpaqlarının üstə qanadlarını sərdi.
تازه گیا طوطی شکر بدستآهوکان از شکرش شیرمست
Otlar şəkər tuturdu, elə bil ki, əlində;Ceyranlar şirməst oldu bu şəkərlər çölündə,
جلوهگر از حجله گلها شمالگل شکر از شاخ گیاها غزال
Güllərin otağından əsirdi şimal yeli,Marallar qoparırdı ot saplağından gülü.
خیری منشور مرکب شدهمروحه عنبر اشهب شده
Gözləri qamaşdırıb xeyli gülü çoxluqdan,Boz rəngli ənbər ətri saçırdı o anbaan.
سرمه بیننده چو نرگس نماشسوسن افعی چو زمرد گیاش
Baxanın sürməsiydi çəmənin nərgiz gözü,Əf’inin süsəniydi zümrüd otların özü.
قافلهزن یاسمن و گل به همقافیهگو قمری و بلبل به هم
Bir-birinin üzünə baxırdı yasəmən, gül,Bir-birinə qafiyə deyirdi qumru, bülbül.
سوسن یکروزهی عیسیزبانداده به صبح از کف موسی نشان
İsa dilli bir gündə açılıb solan süsən,Nişan verirdi sübhə Musanın öz əlindən.
فاخته فریادکنان صبحگاهفاختهگون کرده فلک را به آه
Göyərçin səhər çağı nalə, fəryad edərək,Öz ahiylə fələkə bağışladı mavi rəng.
باد نویسنده به دست امیدقصه گل بر ورق مشک بید
Gülün hekayəsini yel ümidin əliləBədmişkin yarpağına yazırdı gəlib dilə.
گه به سلام ِ چمن آمد بهارگه به سپاس آمده گل پیش خار
Gah salama dururdu yasəmənçin xoş bahar,Gah xar edirdi gülə təşəkkürünü izhar.
تُرکِ سمن خیمه به صحرا زدهماهچه خیمه به ثریا زده
Yasəmən çadırıyla bəzək vurdu səhraya,Çadırın ay parası qalxmışdı Süreyyaya.
لاله به آتشگه راز آمدهچون مغ هندو به نماز آمده
Sirr atəşkədəsinə lalə basmışdı ayaq,Orda dinlilər kimi namaz qılırdı ancaq.
هندوک لاله و ترک سمنسهل عرب بود و سهیل یمن
Lalənin hindusilə, yasəmənin gözəliGörünürdü gözlərə ərəb, Yəmən Süheyli.
زورق باغ از علم سرخ و زردپنجرهها ساخته از لاجورد
Yumşaqlıqda qaquma bənzəyirdi ağ sular,Sincaba sürtüşən ağ qaqumda başqa hal var.
آب ز نرمی شده قاقم نمایطرفه بُوَد قاقم سنجابسای
Bağın bacası sarı, al bayraqdan, qıl nəzər,Yaratmışdı yan-yana laciverd pəncərələr.
شاخ ز نور فلک انگیختهدر قدم سایه درم ریخته
Ağacların budağı nur alaraq fələkdənKölgənin ayağına pullar səpirdi həmən.
سایه سخنگو به لب آفتابزنده شده ریگ ز تسبیح آب
Kölgə danışan zaman günəşin dodağilə,Suyun da təsbehindən gəlmişdi qumlar dilə.
نسترن از بوسهی سنبل به زخماز مژهی غنچه لبِ گُل به زخم
Sünbülün öpüşündən yaralıydı nəstərən,Yaraydı gül dodağı qönçənin kirpiyindən.
ترکش خیری تهی از تیر خارگاه سپر خواسته گه زینهار
Yoxdu xeyri gülünün ox qabında ox-tikan,Gah qalxan istəyirdi, gah istəyirdi aman.
سِحر زده بید، به لرزه تنشمجمر لاله شده دود افکنش
Titrəyirdi sehirdən söyüd düşüb məlalə,Ona tüstü verirdi öz manqalıyla lalə.
خواست پریدن چمن از چابکیخواست چکیدن سمن از نازکی
Uçmaq istədi çəmən özünün cəldliyindənDamcılamaq istədi incəlikdən yasəmən.
نی به شکرخنده برون آمدهزردهی گلنعل به خون آمده
Ney şəkər gülüşüylə atılmışdı meydana,Gülün zər dənələri sanki batmışdı qana
آن گُل خود رای که خودروی بوداز نفس باد سخنگوی بود
Öz-özünə bitən gül, özünü bəyənən gül!Onun xoş nəfəsindən dilə gəldi əsən yel.
سبزتر از برگ ِ ترنج آسمانآمده نارنج به دست آن زمان
Turuncun yarpağından yaşıl olan asimanƏlindəki narıncla gəlib çıxdı o zaman.
چون فلک آنجا علم آراستهسبزه به کِشتیش بدر خواسته
Fələksə orda bayraq qaldırınca, nəhayət,Göy otlar güləşməyə fələki etdi də’vət.
هر گره از رشته آن سبز خوانجان زمین بود و دل آسمان
O yaşıl çəməninsə hər sapının düyümüYerin canı kimiydi, göyünsə qəlbi kimi.
اختر سرسبز مگر بامدادگفت زمین را که سرت سبز باد
Başı yaşıl ulduzsa, dilini salıb işəYerə demişdi başın yaşıl olsun həmişə.
یا فلک آنجا گذر آوردهبودسبزه به بیجاده گرو کردهبود
Yaxud həmin oradan yol ötən zaman fələkYaşıllığını yerə bəxş etmişdi girov tək.
چشمه دَرَفشندهتر از چشم حورتا برد از چشمه خورشید نور
Huri gözündən parlaq çeşməyə qılsan nəzərGünəşin çeşməsindən nuru aparmaq istər.
سبزه بر آن چشمه وضو ساختهشکر وضو کرده و پرداخته
Yaşıllıq o çeşmədən alır budur dəstəmaz,Başını qaldıraraq eləyir razü niyaz!
مرغ ز گل بوی سلیمان شنیدناله داودی از آن برکشید
Quş Süleyman ətrini alınca incə güldənDavudun naləsi tək bir nala çəkdi həmən.
چنگل دراج به خون تذروسلسله آویخته در پای سرو
Boyanmışdır altında o sərvin, o ağacın —Qırqovulun qanına dırnaqları turacın.
محضر منشورنویسان باغفتوی بلبل شده بر خون زاغ
Bağın, hadisələri səbt eləyən hey’əti,Qarğanın ölümüyçün bülbülü suçlu etdi.
بوم کز آن بوم شده پیکرشسرّ دلش گشته قضای سرش
Şükümsüzdür, deyirlər, bayquşun öz siması,Öz qəlbinin sirridir, öz başının bəlası.
باد یمانی به سهیل نسیمساخته کیمخت زمین را ادیم
Süheyl ilə bağlayıb şimal yeli ittifaqSığallayıb eləyir yerin tükünü yumşaq.
لاله ز تعجیل که بشتافتهاز تپشِ دل خَفَقان یافته
Lalə göstərdiyindən yüyürməyə çox həvəs,Ürək döyüntüsündən oldu o da təngnəfəs.
سایهٔ شمشادِ شمایلپرستسوی دلِ لاله فرو برده دست
Surətpərəst şimşadın kölgəliyi boy atdıÖz əlini lalənin ürəyinə uzatdı.
ناخن سیمین سمن صبح فامبرده ز شب ناخنهٔ شب تمام
Sübhə bənzəyən gümüş dırnağilə yasəmənGecənin titəsini qoparmışdı gözündən.
صبح که شد یوسف زرین رسنچاهکَنان در زنخ یاسمن
Qızıl kəndir bağlamış Yusifi bu səhərin,Yasəmən çənəsində quyu qazırdı dərin.
زرد قصب خاک به رسم جهودکآب چو موسی ید بیضا نمود
Su, Musa əli kimi, işıq saçıb parıldar,Torpaq cuhud rəsmincə geymişdi sarı paltar.
خاک به آن آب دوا ساختههرچه فرو برده برانداخته
Bir dərman qayırmışdı o sudan sarı torpaq,Bütün udduqlarını qusub etmişdi sifraq.
نور سحر یافته میدان فراخسایه روی را به صبا داده شاخ
Sübhün nuru gördü gen meydan düşüb əlinə,Kölgə kimi gəzməyi verdi sabah yelinə.
سایه گَزیده لب خورشید راشانه زده باد سر بید را
Güləklər dişləyirdi günəşin dodağını,Yel söyüdün başına çəkirdi darağını,
سایه و نور از علم شاخساررقصکنان بر طرف جویبار
Ağaclıqlardan kölgə nə işıq əks edirdi,Arxların kənarında qol-qola rəqs edirdi.
عود شد آن خار که مقصود بودآتش گل مجمر آن عود بود
Arzu tikanım dönüb, uda başqa hal oldu,Gülün uduysa həmən oduma manqal oldu.
گردن گل منبر بلبل شدهزلف بنفشه کمر گل شده
Gülün boynu bir mənbər oldu şeyda bülbülə.Bənövşəninsə zülfü bir toqqa idi gülə.
مرغ ز داود خوشآوازترگل ز نظامی شکر اندازتر
Quş, Davuddan daha xoş səsli idi, müxtəsər,Gül Nizamidən daha artıq səpirdi şəkər.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-sirler-xezinesi-16
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ölən qohumlarımdan xatirələrSaqi, harda qaldın? Mən meypərəstəm!
Leyli və Məcnun, fəsil 11Bu söz incisini düzən zaman mən,Böylə danışmışdı bu nəqli deyən:
Leyli və Məcnun, fəsil 12Hər gün parladıqca sübhün güzgüsü,Doğardı şərqin də Yusif üzlüsü.
Leyli və Məcnun, fəsil 13Məcnunun eşqi haqqındaYuxusuz gözlərin taxtına sultan,
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Səndən ayrılanda, dağlar, cavandım,İndi görüşünə qoca gəlmişəm.
Səri kuyində məzari-məni-məhzuni görenSəri kuyində məzari-məni-məhzuni görenTutar ol dilbəri-peymanşikəni xuni, gören?
SəndədirGetmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
Bir səs gəlir uzaqdanBir səs gəlir uzaqdan, o yarmı gəldi dilə,Bir xəbərmi yollandı bu yaralı bülbülə?