Leyli və Məcnun, fəsil 12
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
هر روز که صبح بردمیدییوسف رخ مشرقی رسیدی
Hər gün parladıqca sübhün güzgüsü,Doğardı şərqin də Yusif üzlüsü.
کردی فلک ترنج پیکرریحانی او ترنجی از زر
Öz reyhan köksünə turuncu fələkQızıl bir turuncla verirdi bəzək.
لیلی ز سر ترنجبازیکردی ز زنخ ترنجسازی
Leyli də bəhs edib turunc fələklə,Turunc çənəsini alardı ələ.
زان تازهترنج نو رسیدهنظاره ترنج و کف بریده
Turunclu gördükcə xalq o nigarı,Açıldı eşqinin yetişmiş narı.
چون بر کف او ترنج دیدنداز عشق چو نار میکفیدند
O təzə turunca baxdığı zamanTurunc tək, əlini kəsərdi insan.
شد قیس به جلوهگاه غنجشنارنج رخ از غم ترنجش
Qeys onun turunca bənzər üzündənSaralıb narınca dönmüşdü bilsən.
برده ز دماغ دوستان رنجخوشبویی آن ترنج و نارنج
Narıncla turuncun ətri dünyadaDostlar damağını gətirdi dada.
چون یک چندی بر این برآمدافغان ز دو نازنین برآمد
Böyləcə bir müddət gəlib dolandı,Bu iki nazənin odlara yandı.
عشق آمد و کرد خانه خالیبرداشته تیغ لاابالی
Çəkib qılıncını zalım məhəbbət.Bu gənc ürəkləri eylədi qarət.
غم داد و دل از کنارشان بردوز دلشدگی قرارشان برد
Ürək əvəzində qəm verdi yalnız,Ürəklə səbri də apardı vaxtsız.
زان دل که به یکدگر نهادنددر معرض گفتگو فتادند
Onlar bir-birinə könül verdilər,Tezcə dildən-dilə düşdü bu xəbər.
این پرده دریده شد ز هر سویوان راز شنیده شد به هر کوی
Hər yandan yırtıldı bu gizli pərdə,Bu sirr əzbər oldu bütün dillərdə.
زین قصه که محکمآیتی بوددر هر دهنی حکایتی بود
Bu qəmli dastanın sərgüzəştindənHər ağız bir parça deyirdi bəzən.
کردند بسی به هم مداراتا راز نگردد آشکارا
Aşiqlər çalışıb, çox əlləşdilərKi, aləm tutmasın bu sirrdən xəbər.
بند سر نافه گر چه خشک استبوی خوش او گوای مشک است
Lakin, bağlansa da ətir şişəsi,Yenə duyulacaq xoş rayihəsi.
یاری که ز عاشقی خبر داشتبرقع ز جمال خویش برداشت
Eşqə məhrəm olan ruzgar, qəflətənGötürdü pərdəni eşqin üzündən.
کردند شکیب تا بکوشندوان عشق برهنه را بپوشند
Xeyli səy elədi oğlan da, qız da,Bu sirr dolaşmasın dildə, ağızda.
در عشق شکیب کی کند سود؟خورشید به گِل نشاید اندود
Bu səyin olmadı faydası bir az.Günəşi palçıqla qapamaq olmaz.
چشمی به هزار غمزه غمازدر پرده نهفته چون بود راز؟
Göz qəmzə oxunu atsa, aşikar,Bu sirri pərdəylə örtməkmi olar?
زلفی به هزار حلقه زنجیرجز شیفته دل شدن چه تدبیر؟
Zülfü min halqalı zəncirsə, əgərKönül vurulmaqdan başqa nə edər?
زان پس چو به عقل پیش دیدنددزدیده به روی خویش دیدند
Sonra, gələcəkçin sözləşirdilər,Bəzən oğrun-oğrun gözləşirdilər.
چون شیفته گشت قیس را کاردر چنبر عشق شد گرفتار
Aşiqlik olalı Qeysin murazı,Eşqin kəməndinə keçdi boğazı.
از عشق جمال آن دلآرامنگرفت به هیچ منزل آرام
Bir qəlb ovçusuydu Qeysin nigarı,Uçub dağılmışdı səbri, qərarı.
در صحبت آن نگار زیبامیبود ولیک ناشکیبا
Bəzən, ortalıqda olsa da söhbət,Yaxırdı qəlbini yenə də möhnət.
یکباره دلش ز پا درافتادهم خیک درید و هم خر افتاد
Bir gün dərd əlindən yoruldu ürək,Tüluqlar yırtıldı, yıxıldı eşşək.
و آنان که نیوفتاده بودندمجنون لقبش نهاده بودند
Eşqdən xəbərsiz adamlar ki, var,Onu "Məcnun" deyə çağırırdılar.
او نیز به وجه بینواییمیداد بر این سخن گوایی
Biçarə Qeys də əlacsız qaldı,Bu "Məcnun" sözünü üstünə aldı.
از بس که سخن به طعنه گفتنداز شیفته ماه نو نهفتند
O qədər artdı ki, tənə yarası,Gizləndi dəlidən o ay parası.
از بس که چو سگ زبان کشیدندزآهو بره سبزه را بریدند
O qədər it kimi hürdü avamlar,Çəməndən ayrıldı o ahu nigar.
لیلی چو بریده شد ز مجنونمیریخت ز دیده در مکنون
Hicrana dözmədi Leylinin qəlbi,Axdı göz yaşları incilər kimi.
مجنون چو ندید روی لیلیاز هر مژهای گشاد سیلی
Məcnun görmədikdə Leylini bəzən,Bir sel axıdardı hər kirpiyindən.
میگشت به گرد کوی و بازاردر دیده سرشک و در دل آزار
Gözündə qəm yaşı, ürəyində qəm,Küçəni, bazarı gəzərdi sərsəm.
میگفت سرودهای کاریمیخواند چو عاشقان به زاری
Ürək parçalardı onun nəğməsi,Aşiqlər səsiydi Məcnunun səsi.
او میشد و میزدند هر کس«مجنون مجنون» ز پیش و از پس
Gəzəndə, ardınca bağırardılar,-Məcnun! Məcnun! - deyə çağırardılar.
او نیز فسار سست میکرددیوانگیای درست میکرد
O da bu tənədən qəmlər yeyərək,Pərişan gəzərdi divanələr tək.
میراند خری به گردن خردخر رفت و به عاقبت رسن برد
O, eşşək sürürdü zəif boyunla,Eşşəyi də getdi, ip də onunla.
دل را به دو نیم کرد چون نارتا دل به دو نیم خواندش یار
Öz qəlbini bölüb, bənzətdi naraKi, Leyli söyləsin "Ey qəlbi para".
کوشید که راز دل بپوشدبا آتش دل که باز کوشد
Çalışdı, sirrini bilməsin ellər,Lakin, qəlb oduna kim dözə bilər?
خون جگرش به رخ برآمداز دل بگذشت و بر سر آمد
Beyninə sıçradı qəlbinin qanı,Aşiqin dərdini üzündən tanı.
او در غم یار و یار ازو دوردل پر غم و غمگسار از او دور
O, yar dərdindəydi, ondan yar uzaq,O, qəm içindəydi, qəmküsar uzaq.
چون شمع به تَرک خواب گفتهناسوده به روز و شب نخفته
Gözünə şam kimi yuxu gəlməzdi,Gecə də, gündüz də o dincəlməzdi,
میکُشت ز درد خویشتن رامیجست دوای جان و تن را
Üzürdü canını bu bəla, bu qəm,Nə bir can dərmanı, nə də bir məlhəm!
میکند بدان امید جانیمیکوفت سری بر آستانی
Umudla qəsd edir o öz canına,Başını çırpardı yar eyvanına.
هر صبحدمی شدی شتابانسرپای برهنه در بیابان
Səhər ayaqyalın, baş açıq, yalnız,Çöllərə qaçardı o vaxtlı-vaxtsız.
او بندهٔ یار و یار در بنداز یکدیگر به بوی خرسند
O yarın quluydu, yarsa zindanda,Bir qəlb döyünürdü o iki canda.
هر شب ز فراق بیتخوانانپنهان رفتی به کوی جانان
Dilində hər gecə hicran qəzəli,Pünhan axtarardı nazlı gözəli.
در بوسه زدی و بازگشتیبازآمدنش دراز گشتی
Onun qapısını öpüb hər gecə,Yenə qayıdardı ordan gizlicə.
رفتنْش به از شَمال بودیباز آمدنَش به سال بودی
Gedəndə yel kimi əsərdi o, bil,Geri qayıtması çəkərdi bir il.
در وقت شدن هزار پر داشتچون آمد، خار در گذر داشت
Gedən baş, quşu da vurub ötərdi,Gələn baş, yolunda tikan bitərdi.
میرفت چنان که آب در چاهمیآمد صد گریوه بر راه
Gedən baş, sellərə bənzəri vardı.Gələn baş, yolları çuxur olardı.
پای آبله چون به یار میرفتبر مرکب راهوار میرفت
Gəzərdi cananı ayağı qabar,Elə bil altında yorğa bir at var.
باد از پس داشت چاه در پیشکآمد به وبال خانهٔ خویش
Evinə dönəndə deyirdi ürək:-Qarşımda quyu var, arxamda külək,
گر بخت به کام او زدی سازهرگز به وطن نیآمدی باز
Bəxt əl uzatsaydı ona bir yerdə,O öz yuvasına dönməzdi bir də.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-leyli-ve-mecnun-12
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Saqi, dur, gətir o həyat suyunu!İskəndər şövkətli şaha ver onu.
Şərəfnamə, fəsil 13Ey saqi, reyhandan çəkilmiş mey ver,Cənnəti yad etdim, dur, peyapey ver!
Şərəfnamə, fəsil 14Ey saqi, dur məni qurtar mənlikdən,İşıqlı badəndən işıqlanım mən.
Şərəfnamə, fəsil 15Ey saqi, ver könül açan bir şərbət,Dərdim var, getdikcə etmədə şiddət.
Başqa şairlərin şeirləri · Eşq
Sənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
آن رخ رخشان و زلف عنبر افشانش نگرو آن لب و دندان چون لؤلؤ و مرجانش نگر
Derdim o məst gözlərinin çox bəlası varDerdim o məst gözlərinin çox bəlası var,Gördüm o qara zülfü onun da xətası var.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd