روزی ز قضا به وقت شبگیرمی‌رفت شکاری‌ای به نخجیر

بر نجد نشسته بود مجنونچون بر سر تاج دُر مکنون

صیاد چو دید بر گذر شیربگشاد در او زبان چو شمشیر

پرسید ورا چو سوگوارانکای دور از اهل بیت و یاران

فارغ که ز پیش تو پسی هستیا جز لیلی ترا کسی هست

نز مادر و نز پدر بیادتبی‌شرم کسی که شرم بادت

چون تو خلفی به خاک بهترکز ناخلفی برآوری سر

گیرم ز پدر به زندگانیدوری طلبیدی از جوانی

چون مرد پدر ترا بقا بادآخر کم از آنکه آریش یاد؟

آیی به زیارتش زمانیواری ز ترحمش نشانی

در پوزش تربتش پناهیعذری ز روان او بخواهی

مجنون ز نوای آن کج آهنگنالید و خمید راست چون چنگ

خود را ز دریغ بر زمین زدبسیار تپانچه بر جبین زد

ز آرام و قرار گشت خالیتا گور پدر دوید حالی

چون شوشهٔ تربت پدر دیدالماس شکسته در جگر دید

بر تربتش اوفتاد بی‌هوشبگرفتش چون جگر در آغوش

از دوستی روان پاکشتر کرد به آب دیده خاکش

گه خاک ورا گرفت در برگه کرد ز درد خاک بر سر

زندانی روز را شب آمدبیمار شبانه را تب آمد

او خود همه ساله در ستم بودکز گام نخست اسیر غم بود

آنکس که اسیر بیم گرددچون باشد چون یتیم گردد

نومید شده ز دستگیریبا ذل یتیمی و اسیری

غلطید بران زمین زمانیمی‌جست ز هم نشین نشانی

چون غمخور خویش را نمی‌یافتاز غم خوردن عنان نمی‌تافت

چندان ز مژه سرشک خون ریختکاندام زمین به خون برآمیخت

گفت ای پدر ای پدر کجایی؟کافسر به پسر نمی‌نمایی

ای غمخور من کجات جویمتیمار غم تو با که گویم

تو بی پسری صلاح دیدیزان روی به خاک درکشیدی

من بی‌پدری ندیده بودمتلخ است کنون که آزمودم

سرکوفت دوریم مکن بیشمن خود خجلم ز کردهٔ خویش

فریاد برآید از نهادمکاید ز نصیحت تو یادم

تو رایض من به کش خرامیمن توسن تو به بد لگامی

تو گوش مرا چو حلقهٔ زرمن دور ز تو چو حلقه بر در

من کرده درشتی و تو نرمیاز من همه سردی از تو گرمی

تو در غم جان من به صد دردمن گرد جهان گرفته ناورد

تو بستر من ز گرد رفتهمن رفته به ترک خواب گفته

تو بزم نشاط من نهادهمن بر سر سنگی اوفتاده

تو گفته دعا و اثر نکردهمن کشته درخت و بر نخورده

جان دوستی ترا به هر دمیاد آرم و جان برآرم از غم

بر جامه ز دیده نیل پاشمتا کور و کبود هر دو باشم

آه ای پدر آه از آنچه کردمیک درد نه با هزار دردم

آزردمت ای پدر نه بر جایوای ار بحلم نمی‌کنی وای

آزار تو راه ما مگیرادما را به گناه ما مگیراد

ای نوردهِ ستارهٔ منخوشنودی تست چارهٔ من

ترسم کُندم خدای مأخوذگر تو نشوی ز بنده خوشنود

گفتی جگر منی به تقدیروانگاه بدین جگر زنی تیر

گر من جگر توام متابمچون بی نمکان مکن کبابم

زینسان جگرت به خون گشاییتو در جگر زمین چرایی؟

خون جگرم خوری بدین روزخوانی جگرم زهی جگر سوز

با من جگرت جگر خور افتادکاتش به چنین جگر در افتاد

گر در حق تو شدم گنه کارگشتم به گناه خود گرفتار

گر پند به گوش در نکردماز زخم تو گوشمال خوردم

زینگونه دریغ و آه می‌کردروزی به شبی سیاه می‌کرد

تا شب علم سیاه ننمودناله‌اش ز دهل زدن نیاسود

چون هاتف صبح دم برآوردوز کوه شفق علم برآورد

اکسیری صبح کیمیاگرکرد از دم خویش خاک را زر

آن خاک روان ز روی آن خاکبر پشتهٔ نجد رفت غمناک

می‌کرد همان سرشک باریاما به طریق سوگواری

می‌زد نفسی به شور بختیمی‌زیست به صد هزار سختی

می‌برد ز بهر دلفروزیروزی به شبی شبی به روزی

Bir gün, təsadüfən, doğanda səhərŞikara gedirdi çölə bir nəfər.

Məcnun Nəcd dağına çıxıb durmuşdu,Tacda inci kimi tək oturmuşdu.

Yolçu yol üstündə şirə göz atdı,Qılınc tək dilini ona uzatdı.

Yasa batmış kimi soruşdu ondan:"Ey evdən, eşikdən didərgin insan,

Leylidir gəzdiyin dünyada ancaq,Bir öz ətrafından almırsan soraq.

Yadından çıxmışdır atayla ana.Həyasız adamsan, eyb olsun sana.

Sənin tək bir oğul girsin yerlərə.Naxələf olmaqdan əl çək bir kərə.

Tutaq ki, ömrünün cavan vaxtı sənQaçdın öz atandan, o kimsəsizdən

İndi ki, ölmüşdür o yazıq atan.Nolar xatırlasan, onu bir zaman.

Olmazmı, gedəsən ziyarətinə,O ata haqqının son möhnətinə?

Sığınıb qəbrinin pənahına sən,O incik ruhundan üzr istəyəsən?"

Məcnun, xəbərçinin bu sözlərindənSızlayıb çəng kimi büküldü birdən,

Dərdlənib, yerlərə çırpdı özünü,Dönüb sillələdi o, üz-gözünü.

Kəsildi büsbütün səbri, qərarı,Qaçdı atasının qəbrinə sarı.

Qəbrin şüşəsinə bir nəzər atdı,Elə bil bağrına almazlar batdı.

Huşsuz, o türbəyə yıxıldı birdən,Basdı öz bağrına onu dörd yerdən.

Onun pak ruhuna ağladı zar-zar,Axan göz yaşıyla islandı məzar.

Gah qəbri qucayıb huşsuz durardı,Gah dərddən başına qum sovurardı.

Gündüzki dustağın çatdı gecəsi,Çoxaldı xəstənin can isitməsi.

Bütün ömrü boyu o naxoş bədənQəmlər əsiriydi ilk nəfəsindən.

Qorxunun əsiri olsa bir nəfər,Halı yetimlikdə nə ola bilər.

Ah! O yetim ürək, o dərdli dustaqKöməksiz, arxasız, yetim qalaraq,

Qıvrılıb torpağa düşdü bir zaman,Öz müsahibindən axtardı nişan.

Lakin, tapmayınca öz qəmxarını,Kəsmədi ömrünün qəm ruzgarını.

Ağladı, gözündən qan axıdaraq,Tamam qızıl qana bulandı torpaq.

Dedi: "Yazıq atam, de hardasan sən?Oğluna tacını göstərməyirsən.

Ey mənim qəmimə, yasıma həmdəm,Bu dərdi mən kimə şərh edim bu dəm.

Üzünü torpaqda sən gizlədərək,Oğulsuz qalmağı istədin, demək.

Mən ki, atasızlıq bilməzdim bir dəm,Sınadım, nə qədər acıymış bu qəm.

Of!. Könlüm naləsiz, sakit durarmı?Bir də səndən özgə köməyim varmı?

Yarım da sən idin, yavərim də sən,Könlüm güc alardı daima səndən.

Oğluna daima yollar açaraq,Bir səndin dərdimə yananım ancaq.

Sənsiz ki, zillətdə yaşayacağam,Əfsus, səndən sonra yenə də sağam!

Uzaq düşməyimi başıma qaxma,Çoxdur xəcalətim, olmuşa baxma.

Hər nəsihətini eylədikcə yad,Ruhumdan ucalır ah ilə fəryad.

Mənim xoş yerişli atlım şən ikən,Dönmüşdüm başı bərk ayğırına mən.

Qızıl bir sırğaydın qulağımda sən,Qapı halqası tək uzaqdım səndən.

Sən mülayim idin, mən dəliqanlı,Mən soyuqqanlıydım, sən isti qanlı.

Sözlə oxşamadım qəlbini bir an,Yanında bir gecə yatmadım, aman!

Sən mənim ucumdan dözdün yüz dərdə,Mənsə xəyal kimi gəzdim çöllərdə.

Mənim yatağımı çırpardın hərdən,Mənsə ayrılmazdım yenə çöllərdən.

Sən şadlıq büsatı qurardın mana,Mənsə yıxılardım daşlar qoynuna.

Sən dua elədin, təsir etmədi,Mən də ağac əkdim, meyvə bitmədi.

Can dostum sənsənmiş, andıqca, inan,Bil ki, dərd əlindən bağrım olur qan.

Axır libasıma göz qaram hər dəm,Bu yolla kor olub, qara geyirəm.

Ah, ata, peşmanam tutduqlarımdan,Bir dərdim min oldu, beləymiş dövran.

Yersiz incitmişəm, atacan, səniƏhvalım çox pisdir, bağışla məni.

Səni incitmişəm bu dünyada, ah!Bizdən sorulmasın bu ağır günah.

Sən, ey ulduzumu işıqlandıran,Sənin əlindədir əlacım inan!

Sən razı qalmasan oğlundan əgər,Allah da oğluna cəzalar verər.

"Ciyərim" deyərdin mənə bir zaman,İndi o ciyərə sən ox vurursan.

Doğrudan ciyərin yarandımsa mən,Gəl kabab bişirmə öz ciyərindən.

Bir də ciyərindən axırsa bu qan,Sən niyə torpağın qucağındasan.

Ciyərim qanını axıdaraq sənYenə də: "Ciyərim sənsən" deyirsən.

Səni yandırdımsa, ey taci-sərim,Alışıb od tutdu öz ciyərlərim.

Əgər sənə qarşı günahkar oldumÖzüm öz cəzama giriftar oldum.

Qulaq asmadımsa sözlərinə mən,Qulağım buruldu sənin zərbəndən".

Məcnun ah çəkərdi aşdıqca dərdi,Gününü gecə tək qara edərdi.

Gecə sallayardı qara bir bayraq,Ağlamaq təbili susmazdı ancaq.

Sədəf tək arxası qaralmış gecəAyla və balıqla pəncələşincə,

Balıq sədəfindən qızışdı haman,Bütün dürrləri tökdü ağzından.

Məcnun sədəf rəngli iki gözündən.Ətrafa incilər səpirdi, bilsən.

O qəbrin üstündə səhərə qədər,Oxudu qəlbyaxan, acı novhələr.

Türbəylə birləşdi o da türbə tək,Bu iki mənzildə vurdu bir ürək.

Qəbrə üz sürtürdü o yanıqciyər,Bu zaman gün çıxdı, açıldı səhər.

Səhərin carçısı səslənən zamanŞəfəq bayrağını qaldırdı dağdan.

Kimyagər - səhərin böyük iksiri,Qızıla döndərdi nəfəslə yeri.

Torpaqda sürünən o yazıq insanQalxıb Nəcdə getdi yenə pərişan.

Yenə ağlayırdı gözlərində qəm,Onun varlığını sarmışdı matəm.

Əzabla qatlanıb tale deyənə,Yüz min çətinliklə yaşardı yenə.

Bir könül şamını gəzirdi təkcə...Gecəsi gündüzdü, gündüzü gecə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri