Sirlər xəzinəsi, fəsil 57
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
دور خلافت چو به هارون رسیدرایت عباس به گردون رسید
Onda ki, xilafəti Harun əlinə aldı,Abbasilər nəslinin tuğu göyə ucaldı.
نیم شبی پشت به همخوابه کردروی در آسایش گرمابه کرد
Bir gecə yarısında ayrılıb arvadından,Harun rahatlanmağa hamama oldu rəvan.
موی تراشی که سرش میستردموی به مویش به غمی میسپرد
Hamamda qırxan zaman dəllək onun başını,Hər bir tük artırırdı qəmini, təlaşını.
ک«ای شده آگاه ز استادیامخاص کن امروز به دامادیام
Dəllək dedi: „Ey mənim ustalığımı bilən,Gəl məni damadlığa qəbul elə bu gün sən.
خطبهٔ تزویج پراکنده کندختر خود نامزد بنده کن»
Kəbin kəsdirək, gəzsin dillərdə mənim adım.Rədd etmə, razılıq ver, olsun qızın arvadım“.
طبع خلیفه قدری گرم گشتباز پذیرندهٔ آزرم گشت
Xəlifə bu sözlərdən qəzəbləndi, alışdı.Yenə həya edərək dinməməyə çalışdı,
گفت «حرارت جگرش تافتهستوحشتی از دهشت من یافتهست
Dedi: „Bəlkə hamamın hərarətindəndir bu,Bəlkə də, vahiməmdən doğmuş onda bu qorxu?
بیخودیاش کرد چنین یافهگویورنه نکردی ز من این جستجوی»
Özünü itirərək hərzəçi olmuş, deyən,Belə xahişi dəllək eləməz yoxsa məndən“.
روز دگر نیکترش آزمودبر درم قلب همان سکه بود
Onu yenə sınadı xəlifə başqa bir gün,Gördü ki, qəlp pulunda həmən sikkədir bütün.
تجربتش کرد چنین چند بارقاعدهٔ مرد نگشت از قرار
Xəlifə bu dəlləyi yoxladı dönə-dönə,Dəlləksə öz sözünü təkrar edirdi yenə.
کار چو بیرونقی از نور بردقصه به دستوری دستور برد
Bu işdə xəlifənin rövnəqi, nuru qaçdı.Gedib bu əhvalatı öz vəzirinə açdı.
کز قلم مویتراشی درستبر سرم این آمد و این سر به توست
Dedi: „Mənim başıma bir dəllək açır kələk,Vəzir! Baş sındır, düşün, bu hikməti aç gərək,
منصب دامادی من بایدشترک ادب بین که چه فرمایدش
Damad olmaq istəyir mənə dəlləyin biri,Utanıb qızarmayır dedikcə bu sözləri.
هرگه کاید چو قضا بر سرمسنگ زند بر من و بر گوهرم
Başım üstə gələrkən qəza kimi hər zaman,Özümə, gövhərimə daş vurub verdi ziyan.
در دهنش خنجر و در دست تیغسر به دو شمشیر سپارم دریغ
Əlində olsa ülgüc, ağzında olsa xəncər,Xəlifənin başını bir qırpımda o kəsər!“
گفت وزیر «ایمنی از رای اوبر سر گنج است مگر پای او
Vəzir dedi: „Bəllimi sənə fikri, anlağı,Xəzinə üstündədir bəlkə onun ayağı.
چونکه رسد بر سرت آن سادهمردگو ز قدمگاه نخستین بگرد
Hüzuruna gələndə o sadə kişi bir də,Ona de ki: „Görünmə gözlərimə bu yerdə!“
گر بچخد گردن گرا بزنورنه قدمگاه نخستین بکن»
Əmr et boynu vurulsun, cavab qaytarsa əgər,Qaytarmasa əmr elə qazılsın durduğu yer...“
میر مطیع از سر طوعی که بودجای بدَل کرد به نوعی که بود
Dinləyib xəlifənin əmrini — sözlərini,O itaətkar dəllək dəyişdi öz yerini.
چون قدم از منزل اول بریدگونه حجام دگرگونه دید
Qədəm götürən kimi dəllək birinci yerdən,Xəlifə gördü onun rəngi dəyişdi birdən.
کمسخنی دید دهندوختهچشم و زبانی ادب آموخته
Az danışdı o, sanki ağzı oldu tikiliƏdəbdən bəhs edirdi gözü, görkəmi, dili.
تا قدمش بر سر گنجینه بودصورت شاهیش در آیینه بود
Nə qədər ki, durmuşdu xəznə üstündə ayaq, —Onun şahlıq surəti güzgü kimiydi—parlaq.
چون قدم از گنجْ تهیساز کردکلبهٔ حجامی خود باز کرد
Elə ki, xəzinədən ayağı uzaqlaşdı,Başladı dəlləkliyə, dəllək dükanı açdı.
زود قدمگاهش بشکافتندگنج به زیر قدمش یافتند
Qədəminin altını, qazıdılar, çapdılar,Ayağının altından bir xəzinə tapdılar...
هرکه قدم بر سر گنجی نهادچون به سخن آمد گنجی گشاد
Kim xəzinə üstünə ayaq bassa xeyri var:O, sözə başladımı sonsuz xəzinə açar.
گنج نظامی که طلسم افکنستسینهٔ صافی و دل روشنست
Nizamininsə tilsim sındıran xəzinəsi,Bir təmiz ürəyidir, bir də ki, saf sinəsi.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-sirler-xezinesi-57
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gün yoldan keçərkən dünyanı gəzən İsa,Bir bazarın başında dayandı birdən İsa,
Sirlər xəzinəsi, fəsil 40Dur, fələk büsatını yığışdırıb ver bada,İnanma, yoxdur vəfa çünki bu nərtaxtada.
Sirlər xəzinəsi, fəsil 41Hindistanlı bir mö’bid güc verərək ayağa,Yol getdi, yol yeridi baxsın bostana, bağa.
Sirlər xəzinəsi, fəsil 42Qalx, bu əyyamla görüş söyləyərək əlvida,Bu ətək altındakı toru at, salma yada.