Sirlər xəzinəsi, fəsil 40
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
خیز و بساط فلکی درنوردزانکه وفا نیست درین تختهنرد
Dur, fələk büsatını yığışdırıb ver bada,İnanma, yoxdur vəfa çünki bu nərtaxtada.
نقش مراد از در وصلش مجویخصلت انصاف ز خصلش مجوی
Onun vəsl qapısında muradçün çəkmə zəhmət,Xislətindən sən umma onun insaf, mərhəmət.
پای درین بحر نهادن که چه؟بار درین موج گشادن که چه؟
Ayağını dəryaya qoymaqdan, de, nə çıxar,Dalğada yük açmaqdan, inanki, fitnə çıxar.
باز به بط گفت که «صحرا خوش است»گفت «شبت خوش که مرا جا خوش است»
Qızılquş bir ördəyə dedi: „Səhra gözəldir“ —Ördək söylədi: „Yox, yox, ancaq dərya gözəldir“.
ای که درین کشتی غم جای توستخون تو در گردن کالای توست
Ey bu qəm gəmisində oturan insan, yatma,Sənin qanın yükünün boynundadır, unutma.
بار درافکن که عذابت دهدنان ندهد تا که به آبت دهد
Əzab verər, dayanma, gəl bu yükü yerə salBoğmamış sular səni, vardır əlində macal.
کنج امان نیست در این خاکدانمغز وفا نیست درین استخوان
Tapmazsan bu dünyanın bir guşəsindən aman,Bu sümükdə bir vəfa iliyi yoxdur, inan.
نیست یکی ذره جهان نازکشپای ز انبازی او بازکش
Bu dünyada zərrəcə yox naz çəkmək əsəri,Onun şərikliyindən ayağını çək geri.
آنچه بر این مائدهٔ خرگهی استکاسهٔ آلوده و خوان تهی است
Bu göylər süfrəsində əzəldən hər nə varsaBoş süfrədir, bir də ki, qanla bulaşıq kasa.
هر که درو دید دهانش بدوختهر که بدو گفت زبانش بسوخت
Bu süfrəyə baxanın ağzı oldu tikili,Ondan danışan kəsin yandı odlanıb dili.
هیچ نه در محمل و چندین جرسهیچ نه در کاسه و چندین مگس
Kəcavədə heç nə yox, amma bir neçə zəng var,Kasa boşdur gör ancaq nə qədər çox milçək var.
هر که ازین کاسه یک انگشت خوَردکاسهٔ سر، حلقهٔ انگشت کرد
Hər adam bu kasadan bir barmaq yeyən kimi,Baş kasası barmağa keçdi bir üzük kimi.
نیست همه ساله درین ده صوابفتنهٔ اندیشه و غوغای خواب
Sanmayın ki, bu kəndin doğruluq xəyalı var,Fitnə fikri, bir də ki, yatmaq qalmağalı var.
خلوت خود ساز عدمخانه راباز گذار این ده ویرانه را
Özünə xəlvət düzəlt bu yoxluq evini sən,Gəl bu xaraba kəndi burax büsbütün əldən:
روزن این خانه رها کن به دودخانه فروشی به زن آخر چه سود؟
Burax öz tüstüsünə bu evi sən hər zamanSənə nə xeyir verər, evi arvada satsan?
دست به عالم چه درآوردهای؟نز شکم خود به در آوردهای
Bu dünyanı sən özün doğmamısan, bu bəlli,Nə üçün tutmusan bu aləmdən ikiəlli?
خط به جهان درکش و بیغم بزیدور شو از دَور و مسلّم بزی
Dünyaya qələm çəkib ələmsiz, qəmsiz yaşa,Zəmanədən uzaqlaş, ömrü gözəl vur başa.
راه تو دور آمد و منزل درازبرگ ره و توشهٔ منزل بساز
Tədarük gör, unutma, mənzil uzun, yol uzaq,Yolçun, mənzilçin bollu azuqə götür ancaq.
خاصه درین بادیهٔ دیو ساردوزخ محرورکُش تشنهخوار
Xüsusilə divlərin yurdu olan bu çöldə.Ətəşləri öldürən bu cəhənnəmi eldə
کآب جگر چشمهٔ حیوان اوستچشمهٔ خورشید نمکدان اوست
Dirilik çeşməsidir onunçün ciyər qanı,Günəşin çeşməsi də—sadəcə nəməkdanı.
شورهٔ او بینمکان را شرابشور نمکدیده درو چون کباب
Onun şoranlığı da duzsuzlara şərabdır.Şorgöz adamlar isə onun üçün kəbabdır.
آب نه و زین نمک آبگونزهرهٔ دل آب و دلِ زهره خون
Bu şoranda su yoxdur, o, döndərdi, baxsana:Ürək odunu suya, od ürəyini qana.
ره که دل از دیدن او خون شودقافلهٔ طبع درو چون شود؟
Bir yol ki, ürək onu bir görməklə olur qan,Necə sürsün təbiət belə bir yolda karvan?
در تف این بادیهٔ دیولاخخانهٔ دل تنگ و غمِ دل فراخ
Bu divlər məskənində bunca ki, atəş vardır,Qəmin ürəyi geniş, ürəyin evi dardır.
هر که درین بادیه با طبع ساختچون جگر افسرد و چو زَهره گداخت
Kim təbiət çölündə məskən salarsa əgər,O, bir ciyər tək donar, bir od kimi əriyər.
تا چه کنی این گل دوزخ سرشتخیز و بده دوزخ و بستان بهشت
Bu cəhənnəmə bənzər dünya nəyinə gərək?Qalx, verib cəhənnəmi, tez behişti al görək.
تا شود این هیکل خاکی غبارپای به پایت سِپَرَد روزگار
Bir gün bu torpaq heykəl olarkən bir toz, qubar,Külək onu altına salıb əzər, ayaqlar.
عاقبتت چونکه به مردم کنددست به دستت ز میان گم کند
O, başqa insanlarla necə etmişsə, elə,Yox edər bir gün səni, salaraq əldən-ələ.
چونکه سوی خاک بود بازگشتبر سر این خاک چه باید گذشت
Gəl dolanma başına, mənimdir demə torpaq,Çünki səni də bir gün acımadan udacaq.
زیر کف پایْ کسی را مسایکاو چو تو سودهست بسی زیر پای
Əzmə, həmən bu yerdə bir zaman can gəzmişdir;O da sən kimiləri çox tapdayıb əzmişdir.
کس به جهان در ز جهان جان نبردهیچکس این رقعه به پایان نبرد
Dünyadan aparmadı heç kəs bir salamat can,Bu dünyada, bu yerdə sona çatmadı insan.
پای منه بر سر این خارخیزخویشتن از خار نگهدار خیز
Çəkin, gəl bu tikanlı dünyaya basma ayaq,Özünü bu tikandan qoruyaraq ol oyaq.
آنچه مقام تو نباشد مقیمبیمگهی شد چه کنی جای بیم؟
Bu qorxulu yer sənə deyil əbədi məqam.Sən bu dəhşətli yerdə dayanma belə xam-xam,
منزل فانی است قرارش مبینباد خزانی است بهارش مبین
Fani mənzildir, onun heçliyə bağlı beli,Xəzan yelidir, onda axtarma bahar yeli.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-sirler-xezinesi-40
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dördüncü söylədi: sorsanız əgər,Bu, gəlin evində bir şəxsə bənzər.
Xosrov və Şirin, fəsil 108Məsumlar haqqında düşəndə söhbətŞah dedi: "Rəsuldan mənə söhbət et.
Xosrov və Şirin, fəsil 109Büzürgümid birdən açıldı gültək,Qırx məna açdı qırx nağıl deyərək:
Xosrov və Şirin, fəsil 110Ey könül, nur saçan bir şam yandır sən,Oda vurğun olma, şam ki deyilsən.
Başqa şairlərin şeirləri
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbərApardı könlümü bir xoş qəmərüz canfəza dilbər,Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.