Sirlər xəzinəsi, fəsil 54
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
قلبزنی چند که برخاستندقالبی از قلب نو آراستند
Bir gün meydana çıxıb bir neçə qəlb pul kəsən,Bir qəlib qayırdılar özlərinə bənzəyən.
چون شکم از روی بکن پشتشانحرف نگهدار ز انگشتشان
Onların iç üzünü tanı, aç gözlərini,Onların tə’nəsindən qoru öz sözlərini.
پیش تو از نور موافقترندوز پَسَت از سایه منافقترند
Qarşında əyilərək, düz gəlsələr səninlə,Arxanda kölgəni də çaparlar, yaxşı dinlə,
سادهتر از شمع و گرهتر ز عودساده به دیدار و گره در وجود
Şamdan sadə, uddansa düyünlüdür hər biri,Batinləri çirkindir, gözəldir zahirləri.
جور پذیران عنایت گذارعیب نویسان شکایت شمار
Kömək əlləri yoxdur, edərlər zülm, əziyyət,Hey yazarlar haqqında min eyib, min şikayət.
مِهر، دهن در دهن آموختهکینه، گره بر گره اندوخته
Öyrənmişlər ağızdan-ağıza məhəbbəti,Möhkəm düyünləmişlər qəzəblə ədavəti.
گرم ولیک از جگر افسردهترزنده ولی از دل خود مردهتر
İsti, fəqət ciyərdən daha da soyuqdurlar,Diri, ancaq ürəkdən ölümə yavuqdurlar.
صحبتشان بر محکِ دل مزنمست نهای، پای درین گل مزن
Onların söhbətinə asma ürəkdən qulaq,Kefli deyilsən, qoyma sən bu palçığa ayaq.
خازن کوهند مگو رازشانغمز نخواهی؟ مده آوازشان
Sirr söyləmə, verərlər dağ kimi əks-səda,Sus, biabır edərlər səni bu gen dünyada.
لافزنان کز تو عزیزی شوندجهدکنان کز تو به چیزی شوند
Səndən danışıb, sənə görünərlər çox əziz,Beləliklə sirrini öyrənərlər tər-təmiz.
چون بود آن صلح ز ناداشتیخشم خدا باد بر آن آشتی
O sülh yarandığıyçün əliboşluq ucundan,Qoy dünyadan o sülhü yox eləsin yaradan.
هر نفسی کان غرضآمیز شددوستیی دشمنیانگیز شد
Qərəz, qarşılıqlı söz, nəfəs hər şeydən əvvəlDüşmənçilik törədən bir dostluqdur, inan gəl.
دوستیی کان ز تویی و منیستنسبت آن دوستی از دشمنیست
O dostluqda ki vardır, sənin, mənim, bunu bil,O bir düşmənçilikdir, o əsla dostluq deyil.
زهر ترا دوست چه خواند؟ شکرعیب ترا دوست چه داند؟ هنر
Dost sənin zəhərini həmişə şəkər bilər,Eyib işləsən belə, onu bir hünər bilər.
دوست بود مرهم راحترسانگرنه رها کن سخن ناکسان
Dostluğun məlhəmidir canı eyləyən rahat,Əgər belə deyilsə, nakəsdir, gəl onu at,
گربه بود کز سر همپوستیبچه خود را خورد از دوستی
Pişiklər, bax, bir cinsdən olduqları ucundan.İstədikdən yeyərlər balalarını hər an.
دوست کدام؟ آنکه بود پردهدارپردهدرند این همه چون روزگار
Dost ona deyərlər ki, sirr saxlar, pərdə tutar;Bunlarsa ruzigar tək hər zaman pərdə yırtar.
جمله بر آن کز تو سبق چون برندسکهٔ کارت به چه افسون برند
Onlar hey sə’y edirlər düşsünlər səndən qabaq,İşinin sikkəsini istərlər oğurlamaq.
با تو عنانبسته صورت شوندوقت ضرورت به ضرورت شوند
Bir ipə bağlasalar səninlə göz önündə,Qoyub qaçarlar səni dar gündə, yaman gündə.
دوستی هر که ترا روشن استچون دلت انکار کند دشمن است
Tanıdığın dostlardan hansını dansa könül,O sənin dostun deyil, qəddar düşmənindir, bil.
تن چه شناسد که ترا یار کیست؟دل بود آگه که وفادار کیست
Sənə düşmən olanı necə tanısın bədən?Vəfalı dostu hər an könüldən soruş, öyrən!
یک دل داری و غم دل هزاریک گل پژمرده و صد نیش خار
Bir ürəyin var ikən min ürək qəmin vardır.Tikan yarası görmüş bir gül görkəmin vardır.
مُلک هزارست و فریدون یکیغالیه بسیار و دماغ اندکی
Mülk minlərcədir, fəqət Firidun isə birdir,Dimağ kiçik olsa da başdan-başa ətirdir.
پرده درد هر چه درین عالم استراز ترا هم دل تو محرم است
Dünyada hər nə varsa, pərdə yırtandır yəqin,Öz sirrlərinə yalnız məlhəmdir öz ürəyin.
چون دل تو بند ندارد بر آنقفل چه خواهی ز دل دیگران؟
İndi ki əsrarını saxlaya bilməyirsənÖzgədən öz sirrini saxlamağı umma sən.
گرنه تنکدل شدهای وین خطاستراز تو چون روز به صحرا چراست؟
Bu bir xətadır könlün incə deyilsə, de sən,Günəş kimi səhraya sirrin yayılmış nədən?
گر دل تو نز تنکی راز گفتشیشه که می خورد چرا باز گفت؟
Könlün sadəliyindən daim açar sirrini,Şüşə tünüklüyündən meyin saçar sirrini.
چون بود از همنفسی ناگزیرهمنفسی را ز نَفَس وام گیر
Həyatda doğru insan gərək olar insana,Layiq dostdan əl üzmə əgər getsən hər yana!
پای نهادی چو درین داوریکوش که همدست به دست آوری
İndi ki, bu dünyada çalışırsan bir belə,Sə’y edib bu həyatda bir yoldaş gətir ələ.
تا نشناسی گهر یار خویشیاوه مکن گوهر اسرار خویش
Sən imtahan etmədən dostunu, yoldaşını,Ona öz sirrlərinin, gəl, açma heç başını.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-sirler-xezinesi-54
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nofəl bu xoş olan umu-küsüdənOdlarda mum kimi yumşaldı, bilsən.
Leyli və Məcnun, fəsil 23Sülhün qoqusunu duyunca MəcnunKinlə qəzəbləndi ürəyi onun.
Leyli və Məcnun, fəsil 24Bu söz gövhərini tapıb kəşf edənDastan qapısını açır sinədən:
Leyli və Məcnun, fəsil 25Məcnunun ahuları azad etməsiDinləyin bu ötən, sədəfli sazı,
Başqa şairlərin şeirləri
Zülməti-şər bulsa da bir dəm zəfer,Pərtövə hökm etsə də zülmət əgər,
Hübuti-AdəmDeyirlər bir zaman Adəmlə HəvvaYaşarmış rövzeyi-cənnətdə tənha.
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
BismillahQaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah