Deyirlər bir zaman Adəmlə HəvvaYaşarmış rövzeyi-cənnətdə tənha.O bir məva ki, biganəyiz biz,Bu torpaqdan uzaq, qəmsiz, kədərsiz.O bir məva ki, ruhani, münəvvər,Uçarmış orda zərrinpər mələklər.O bir məva ki, nəşr eylər sərasərƏməllər, nəşələr, güllər, çiçəklər.Gözəl, asudə bir məvayi-sevda;Geniş, azadə bir səhrayi-xülya.Xəzansız bir baharistani-cavid,Ki solmaz orda əsla bərgi-ümmid.Fərəhdən ağlar insan bəlkə, bilməm!Bulunmaz orda lakin hüznü matəm.Əvət, bir öylə xoş məvadə tənha,Yaşarmış qayğısız Adəmlə Həvva.Yaşarmış məstü şeyda, şadü xəndan;Yaşarmış vəqfü-sevda, safü üryan.Deyilmiş süs geyim onlarca adət;Fəqət geydikləri bir tül ki, iffət.İki dildadei-zövqü şətarət,Olub vüslətgüzini-bəzmi-ismət;Gülümsər daimi bir sur içində,Yaşarkən öylə nuranur içində,Hücum etmiş də süfli ehtirasat,Qabarmış adəmiyyət hissi... heyhat!O ülviyyət, o ülvi sərmədiyyətZəbuni-ehtiras olmuş nihayət.Nəhayət, incə bir vəhşi təmayil,O ülvi eşqi etmiş məhvü zail.Birər heykəl kimi məbhutü heyran,Hicab altında qalmışlar hərasan.Sararmış bət-bəniz, uçmuş təravət;Hücum etmiş haman rəngi-səfalət.O dəm ənvarə müstəğrəq, sərazad,Gözəl bir qız, səmavi bir pərizad,Gəlib həq canibindən əldə fərman,Demiş: çıx, ey səfalətpərvər insan!Çıx, ey qafil bəşər! Dəf ol, çəkil, get!Bu lahuti təfərrücgahı tərk et!Deyil layiq sana gülzari-cənnət...O süfliyyətlə hissi-adəmiyyətBu ülviyyatı heç eylərmi idrak?“Çe nesbət xakra ba aləm-e pak?!”1Düşün, bax nerdəsin, bir kərrə anla!Bu məva öylə bir firdovsi-əlaKi, hər bir lövsdən, hər məfsədətdən,Bütün vəhşətdən ari bir nişimən...Sən əvvəl xeyrü şərdən bixəbərdin,Çocuq ruhilə bipərva gəzərdin.Nə buldun, qürbi-həqdən böylə sapdın?Düşün! Naqis bəşər, bir bax nə yapdın!?Bu gün qüdsiyyətin olmaqda bərhəm,Yazıq! Aldandın, ey biçarə Adəm!Təəssüf biəsər... Pək çox yanıldın,Nədamət bisəmər... Pək gec ayıldın.Edər lahutiyan səndən şikayət,Səninçin burda çox müşkül iqamət.Çəkil, get! Rəhbərin şəhmari-üsyan;Açılmış onda bax bir qövri-nisyanKi, həp müzlim, kədərza, tabfərsa,Müləvvəs bir cədəlgah: iştə dünya!Deyilmişsən hərəmi-qüdsə məhrəm;Eşin Həvvayı al kəndinlə bahəm,Enib qıl aləmi-nasuti məskən,Nədir əzvaqi-dünya anla, öyrən!Əzil, qəhr ol, keçənlər keçdi, heyhat!Budur həqdən səninçin son mükafat!Qoşarsın bir zaman məhkumi-xüsran,Ararsın gülşəni-lahuti giryan.Yaşarsan vadii-zillətdə məyus,Fəqət dönməz, o günlər keçdi, əfsus!Cahan durduqca həp nəslin bərabərBu müdhiş zərbədən qurtulmaz, inlər.Bu qəflət eylə bir süfli cinayətKi, verməz kimsəyə bir ləhzə rahət.Bu gün əxlaf üçün səndən əmanətQalan yalnız fəlakətdir, fəlakət!..Əmin ol, nerdə nəfs olmuşsa hakim:Həqiqi eşqi məhv etmiş məzalim,Kimin ülviysə ruhu, söz onundur,Əsiri-nəfs olan daim zəbundur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci pərdə

Səmərqənddə, Əmir Teymur sarayında Şərq zevqinə uyğun süslü bir salon... Salonun içi Türküstan, Iran və Hindistan məfruşatilə döşənilmiş... Dört guşədə gümüşdən yapılmış birər qartal, ortada altın sütunlar, yaldızlı masalar və sandaliyələr... Qarşıda böyük bir pəncərə, pəncərədən görünən son dərəcə baqımlı və çiçəkli gözəl bir bağça nəzərləri oqşar. O l q a pəncərə önündə ətrafı seyrə dalmış görünür. Dışarıda əskəri marş çalınır.Or x a n (Gəlir. Olqayı görür-görməz arqası sıra gələn D ə m i r q a y aya).

192521 dəq
İkinci pərdə

Gözəl bir köşk... Ortada fəvvarəli bir havuz, havuz kənarında Kişmir və İsfahan səccadələrilə ipək döşəklər, qədifə (məxmər) yasdıqlar və balışlar, masa və sandaliyələr...Bağça başdan-başa dürlü çiçəklərlə bəzənmiş, ta uzaqlarda sıra ilə ulu çinar ağacları nəzərləri oqşar. Kənardan eşidilən həzin bir kamança səsi ruhlara nəş’ə səpər. Bir tərəfdə şərabla dolu sürahi və bir qədəh, soyulmuş və soyulmamış alma və şaftalı, digər tərəfdə qələm, dəvat, bir taqım dəftər və kitablar bulunur.

192519 dəq
Üçüncü pərdə

Bursada Yıldırım Bayazid sarayında süslü bir salon. Gecə... hər tərəf mumlarla donatılmış... Bir guşədə çini saqsıda... hənuz açmamış hərdəmbahar gülü gözə çarpar. Yeni doğmuş ayla yıldızlar da uzaqdan görünərək şairanə bir mənzərə ərz edər. Yucaboylu hərəm ağası qara ərəb N a z i m əllərini köksündə çapraz edərək düşünüb durur... Sultanın nədimlərindən qısaboylu, ufaq cüssəli bir masqara Cücə Əmir Teymur qiyafətində daxil olur. Səssiz adımlarla arqa tərəfdən hərəm ağasına yaqlaşır. Ayaqlarınıyerə vuraraq hoplar, ta ənsəsinə (peysərinə) tatlı bir sillə eşq edər.N a z i m (diksinir, qızar, Cücəyi yaqalamaq istər). Ah, azğın Cücə! Sapqın Cücə!

192522 dəq
Dördüncü pərdə

Eyni səhnə... Gündüz... Qarşıki böyük pəncərədən saray bağçasını süsləyən yeşil ağaclar, rəngarəng çiçəklər nəzərləri oqşar. Salona qonmuş saqsıdakı fidanın dal budaqları əvvəlkinə görə daha böyümüş və tam mə’nasilə açılmış gülləri aradan bir xeyli zaman keçdiyini xatırlatır. Orxan bir tərəfdə əski osmanlı yavərləri qıyafətində olaraq əli alnında düşünür.O l q a. (saray xanımlarına məxsus bir qiyafədə gəlir. Orxanı bir qədər süzərək). Orxan!

192513 dəq

Başqa şairlərin şeirləri