Dinliyorkən lisani-şerimi bən,Bir yetimin lisanhalı kibi,Yüksəlir bir inilti qəlbimdən,Titrədir ruhi-lərzədar şəbi.

Daima bir sərabə aldanırım;Ağlaram, sızlaram, fəqət o zaman,Ruhi-şerimdə çırpınır sanırımBir qırıqlıq, bir ehtiyaci-nihan.

Öylə bir ehtiyaci-mübrəm ki,Ona vabəstə etilayi-xəyal,Şer-şair bulur onunla kəmal.

İştə ahəngi-leyl, səmti-səma,İştə dalğın dəniz diyor sankiHəp sükuti-bəliğ içində bana:Ruhi-şairdə mevcidi-ilhamBir məziyyət var: “İbtilayi qəram!..”

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri