Bir gün
Sanma getməz başımdan bu kəşvətli buludlar,Şimşək olub üfüqdən yenə çaxacağam mən.Gözləri uzaq yolu bəkləyən nişanlıyaZəfərlərdən rəng alan bir gül taxacağam mən.
Toxunma gəl başıma qonan dövlət quşuna,Burax məni götürsün bir əməl savaşına,Bir gün çıxıb Kazbekin o məğrur, dik başına,O qəhrəman ellərə şanla baxacağam mən.
Söyləyiniz yurdumu çeynəyən amansıza,Dəyməsin o telləri pərişan duran qıza.Bir gün könül tapşırıb dağ devirən bir hıza,Coşğun nəhrlər kimi orda axacağam mən.
Ordadır həm varlığım, beşiyim, məzarım da,Ordadır gəncliyim də, eşqim də, baharım da,Hələ titrəyir adı solğun dodaqlarımda,Kəndimi atəşində bir gün yaxacağam mən…
Kitabxana.az · https://kitabxana.az/works/ildirim-bir-gun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qaranlıqda gözlərim dikilmiş üfüqlərə,Bir fırtına səsi var, buludlar göydə dal-dal
MoskvaOrda hürr ölkələri saran zəncirin ucu,Orda puç Neronların ölüm, qan yayan gücü.
NərimanNəriman Nərimanovun vəfatı münasibətilə yazılmışdır*Şərqə bir səadət aradığın gün
Nə üçünMən artıq nə yazım yurduma dair,Düşmən zəhər saçır, dostlar gizlənir.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Gəldim bu yerlərəVə əllərimi
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
Gəraylı: Şükür olsun ol XudayaŞükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,
Qəzəl: Dövr gəldi, gülgəz zövq ü səfa eyləyəlimDövr gəldi, gülgəz zövq ü səfa eyləyəlim,Xari-qəmdən dili gül kimi cüda eyləyəlim