Gəldim bu yerlərəVə əllərimiBoynumun ardında daraqlayaraqUzandım laləli otlar içində,Gözümdə, könlümdə baharlı maraq.O qədər baxdım ki, mavi göylərə,Onlar duydu məni,sinəmə endi.Ağlağan söyüdün altından axanArx da "Əli" deyib astaca dindi.

Bahar gül-çiçəklə yağdı başıma,Dinib-danışmadan boşaldım, doldum.Uzandım beləcə...Qovuşdum yerə,Axırda özüm də yer boyda oldum.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar