Dağı dağ üstə qoyan qəhrəman ellər, var olun,Üzü ağ, alnı açıq şanlı nəsillər, var olun.Pambıq uğrunda təbiətlə çıxarkən döyüşə,Qaçdı sizdən qara yellər, dəli sellər, var olun.Ağ qızıldan yaranıb dağ, boyu yerdən göyəcənBu vətən torpağına can verən əllər, var olun.Çevrilir təntənəyə, himnə, zəfər nəğməsinəQəlbinizdə yuva qurmuş xoş əməllər, var olun!Gəlirəm vəcdə, görüb əzminizin bəhrəsini,Səslənir şövq ilə qəlbimdəki tellər, var olun!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən