Ayrılıqdan odlanan bağrımda laləm var mənim,Titrəyən kirpiklərimdə qanlı jaləm var mənim.

Getməyir bir an xəyalımdan Cənubun həsrəti,Qəlbimin hər guşəsində bir şəlaləm var mənim.

Həm uzaqdır, həm yaxındır məncə bu vəslin yolu,Təbrizin hər daxmasında odlu naləm var mənim.

Arzulardan doğmadır hər nəğməmin hər kəlməsi,Hər sözü dildən-dilə düşmüş risaləm var mənim.

Qoy vüsal gəlsin, gözəl mənalı bir sağlıq deyim,Qardaşım! Göy göl kimi əlvan piyaləm var mənim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran