Qorxmuram
Qorxmuram yağılardan bu qaranlıq diyarda,Könlüm günəşə həsrət bir zirzəmi kimidir.Azadlıq yollarında başı dik əməllərim,Dalğaların qoynunda rəqsan gəmi kimidir.
Könlüm vətən eşqilə alovlanmış bir ölkə,Mənim güləcəyimə yadlar inanmır, bəlkə.Qorxutmasın sizləri gözlərimdəki kölgə,Gənc könlümün bağçası yanmış zəmi kimidir.
Qasırğalı dəryada dəydi daşlara gəmim,Batdı nəşəm, sevincim, çıxdı sahilə qəmim.Odur ta o zamandan tərpənişim, görkəmimAğacda son yarpağın son görkəmi kimidir.
Rəqiblər ürəyimi daşlayır bir nərd kimi,Deyin, kimdə dərd vardır sinəmdəki dərd kimi?Durmuşam qəm çölündə dostlarımla mərd kimi,Qəmim ana vətənin şirin qəmi kimidir!
Təbriz, 1941
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-qorxmuram
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Dila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
Bakının dərdi varYorğundur, yatmayır haçandan Bakı,Doyub yad ellidən, qaçqından Bakı.
Yavaş-yavaşDolu döyüb bizi, bir də döyməsin,Bulud qəzəblənmə, yağ, yavaş-yavaş.
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.