İki kələ bir məclisə varanda,O məclisin halı pərişan olu.Bir qoç igid bir meydanda tapılsa,Bəzənər o meydan, zərnişan olu.

Sərçəyə bax, qaraquşa don biçər,Mərd igidlər dolu badələr içər.Namərd adam dava günündə qaçar,Gedər daldalarda pəhləvan olu.

Dəmirçioğluyam, qorxmaram mərddən,Tülkü deyər: aslan qovaram yurddan.Bir keçi qaçıban qurtulsa qurddan,Baxar buynuzuna gərgədan olu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri