Sənə qurban canım, Azərbaycanım!
Torpağın ətrini sinəmə çəkdim,dodağım gül açdı,ürəyim çiçək.Xəzər sahilində bir çinar əkdim,söyüdlər nazlandıgülümsəyərək.Dəniz mahnısını oxudu sanki,ətəyi ləpəli,qırçınlı Bakı...Kükrədi ilhamım, qaynadı qanım,Sənə qurban canım, Azərbaycanım!
Ağ bir şərid kimi uzanıb gedir,dumanlı, çiskinli,günəşli yollar,Bəzisi həyatdan usanıb gedir,mənimsə yollardahekayətim var.El özü qoruyar axarlı şeri,dağlar quzey qarısərində saxlar.Bağrıma basmasam hər qarış yeri,torpaq öz sirrinidərində saxlar.Aç söylə, qoy bir də alışım, yanım,Sənə qurban canım, Azərbaycanım!
Meyvəli bağçalar, bəhərli çöllər,ellərə can verib,min şərbət dadır.Axarlı çaylaqlar, səfalı göllər,gümüş şəlalələrbu torpaqdadır.Hərdən düşüncələr sarır insanı,çayüstü körpülərasma yolumdur.Bağrıma basmışam AzərbaycanıAraz bir qolumdur!Kür bir qolumdur!Əlvan naxışlısan, doğma məkanım,Sənə qurban canım, Azərbaycanım!
Bu necə mənadır, bu necə hikmət,deyirlər ağlayırbulağın gözü.Danışır təbiət-şair təbiət,qovağın dili var,çinarın sözü.Mənim də boş yerə sözüm olmayıb,qəlbinə dəymədiməsla bir kəsin.Özgə torpağında gözüm olmayıb,ana torpağımagöz dikilməsin!Əmr et! Keşiyində mətin dayanım,Sənə qurban canım, Azərbaycanım!
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-sene-qurban-canim-azerbaycanim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Göydə qövsi-qüzeh naxışlananda,Otlar şeh altında par-par yananda,
Sənə bağlıyamDostum Zeynal Məmmədova ithaf*Qarabağa cənnət desəm, tamam haqlıyam,
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin