Həsrətinlə gecə-gündüzŞölə çəkib, yanıram mən.Sənin şəhla gözləriniBəxt ulduzu sanıram mən...

NəqarətSəsimi dinlə,Gəl, şirin sözlüm,Ey şəhla gözlüm!

Bir adətdir əzəl gündən;Könül sevən gözəl olar.Sənin şəhla gözlərindəEşqimizin atəşi var.

Saf eşqimiz bir bahardır,Mən bülbüləm, sən də çiçək.Qızarır al yanaqlarınDan yerinin şəfəqitək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq