Qibləgahım - həqiqət.Səcdəgahım - sədaqət.Daş-tərəzim - ədalət.Qətiyyətim - cəsarət.Riyadan - xəyanətdənUzağam yeddi iqlim,Əyilləm haqq önündə,Bilsəm ki, nahaqam mən.

Gücüm çatmayan daşıHeç və’də götürmədim.Yalan satıb, sonradanÖzümü itirmədim.Dost əhdi-peymanınaBir xətər yetirmədim.Udub köntöy bir sözü-

Köksümü ötürmədim.Söz yarasından şükür,Şükür ki, uzağam mən.

Bilirəm ki, uyuşmurXasiyyətim yaşımla,Barışmır ki, barışmır.Yazım qarlı qışımla...Qiyamət ərmağandırBaxtımın ərmağanı:Qəzəbim yaz şimşəyi,Kinim bahar leysanı.Sadəyəm-sanma fəqət,Sadəlövh uşağam mən.

Ovqat pərdələrim varTarın pərdələri tək.Nə əhvalım bozumtul,Nə təranəm yeknəsəq.Ancaq, bir vurğudadır,Bir ahəngdədir ürək.Qabağına qatmayıb

Məni hərcayi külək...Nə ilahi qismətmişCövhərən dəyişməmək!Bax ki, yeddi cilvəliƏlvan təmtərağam mən.

Ürəyimlə diliminArasında çəpər yox.Bə’zən sözüm ağıdır-Ağısında zəhər yox.Lap o tərs damarımdaBir kimsəyə zərər yox,Lap elə hay-küyümləDostlara toxdağam mən.

Nə tamarzı qalmışam,Nə harın boy atmışam,Yeddi dəryanı üzüb...Yetmiş yaşa çatmışam.Nə irəli can atıb,Nə qəflətdə yatmışam.Şeir qılınclarının

Şimşək parıltısındaMən də öz qılıncımıGötürüb oynatmışam.Parıltılar içindəNuram mən, çırağam mən.

01.02.1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri