Söylə görüm, olum dilin qurbanı
Söylə görüm, olum dilin qurbanı,Nədən vəfa eyləmədin iqrarə?!Vaxt ikən aşiqə etmədin xəbər,Bəlkə eyləyəydi dərdə bir çarə.Əzizim, dərdə çarə,Durmuşam dərdə çarə,Dil bilən təbib gərəkEyləyə dərdə çarə.Çarəsiz xəstələrəBulunur dərdə çarə.
Qorxuram əğyarə olasan həmdəm,Qədrini bilməyə dilbilməz adəm.Aşiq gərək ləhzə-ləhzə, dəmadəmCan qurban eyləyə sən tək nigarə.Əzizim, nigarə bax,Nəqşə bax, nigarə bax.Qanımı güllər alır,Etdiyi nigarə bax.Həsrət qalan gözlərim,Doyunca nigarə bax!
Sən tərk eyləyəli əhdü ilqari,Qalmayıb könlümün səbrü qərari.Sənin kimi alagözlü nigari,Tanrı nəsib eyləməsin əğyarə.Əzizim əğyarilən,Bayqular əğyarilən,Görüm başa getməsin,Səninki əğyarilən,Necə görsün gözlərimGəzəsən əğyarilən?
Necə rəva gördün, ey mələkzadə,Döndün aşinadan, dil verdin yadə.Dərdə tabım yoxdur bundan ziyadə,Baş götürüb gedim hansı diyarə?Əzizim bu diyarə,Yol düşdü bu diyarə,Gəlsə loğman sağalmaz,Sinəmdəki bu yarə.Yetəsən məzarimə,Deyəsən budu yarə!
Vəsfində çoxların açılıb dili,Əndəliblər sevər sən qızılgüli,Nədən tərk edərsən şeyda bülbüli?Qızügül tək həmdəm olursan xarə.Əzizim xarə bağlar,Atlası xara bağlar,Məgər bülbül ölübdür,Gül meylin xarə bağlar?Mən ölləm, yar ağlasın,Özgələr xarab ağlar.
Kitabxana.az · https://kitabxana.az/works/endelib-qaracadagi-soyle-gorum-olum-dilin-qurbani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəhi casusə üz tutdum, gəhi dildarə yalvardım,Bulardan naümid oldum, dönüb əğyarə yalvardım.
Hərçənd düşdü eşqin odu canə, ey gözəlHərçənd düşdü eşqin odu canə, ey gözəl,Atəş vurubdu xərməni-imkanə, ey gözəl.
Sərgəştə könlümün yenə min müddəası varSərgəştə könlümün yenə min müddəası var,Qovğalı başımın nə bəlalı bəlası var.
Tarı bilsin, hicr bizar eyləyib candan məniTarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.
Başqa şairlərin şeirləri · Eşq
Əvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
Yar oldunBaşına döndüyüm xubların şahı,Bir di görüm indi kimə yar oldun,
Qəzəl: Həbibim qəddi-mövzunun əlifdir dal arasındaHəbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
VəfaAy qız, çiçəyisən bizim dağların,Hüsnünün şöhrəti tutmuş hər yanı.