Yenə axşam çökür yamaca, yalaSükuta qərq olur bağça da, bağ da.Adamın gözləri dolur az qalaElə bu məqamda, elə bu çağda.

Asiman qaralır, üfüq qaralır,Əl-ayaq çəkilir yoldan, cığırdan.Adam ixtiyarsız xəyala dalır,Nəyisə, kimisə anır bu zaman.

Gözün bir nöqtəyə zillənir müdam,Bir yerə cəm olur fikrin, düşüncən.Hey köks ötürürsən düşdükcə axşamSəbəbi namə’lum bir qüssəylə sən.

Örüşdən çəkilib gedir mal-qara,

Çəkilir quşların qəlb açan səsi.Sakitlik endikcə çıxır aşkaraÇayın dərədəki həzin nəğməsi.

Bulağı tərk edir axırıncı qız,O, evə tələsir çiynində sənək.Bulaq doluxsunur qalınca yalqız,Sən də kövrəlirsən həmin bulaqtək.

Ən acı, ən şirin xatirələrləQovuşub gedirsən, axıb gedirsən.Səbəbi namə’lum qəmlə, kədərlə,Qaralan dağlara baxıb gedirsən.

Gedirsən, gedirsən başın aşağı,Nəyi seyr edəsən, nəyə baxasan?Elə bil udmuşdur dərəni, dağıBir rəngə boyanmış yerlə, asiman.

Gedirsən, deyirsən öz-özünə sən:Bu səbəbsiz olan qüssəni unut?Lakin, heç qoyarmı qəlbin ola şən

Axşam qəribliyi, bir də ki, sükut?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri