Mən tufandan əvvəlinSükutundan qorxuram.Təbiətin bu təslimSüqutundan qorxuram.Nisbi sakitliyin dəSonrakı dəhşəti var.Toxtaq tapmış düşməninAmansız vəhşəti var.Qəfil həmlə-hücumunHəsrətindəsən məyər?Mö’cüzəli yardımınMöhlətindəsən məyər?Haray-həşir salasan

İş işdən keçən kimi.Təbil-şeypur çalasanİş işdən keçən kimi?

Nisbi sakitlik nədir? -Yə’ni düşmən dəm alır...Səni yatırtmaq üçünŞirin layla da çalır.

Torpaq gedir, var gedir,Namus gedir, ar gedir.Nisbi sakitlik - deyəSuya vermişik gönü.Hər şeyin öz təhri var,Döyüşün də öz yönü...

Nə koroğlu, nə nəbi?..Bu müqəddəs adlaraBu saat, allah haqqı,Coşur xalqın nifrəti,Coşur xalqın qəzəbi.

Arvad-uşağa söz yox!Bakıya axın gəlir.Partizan olmalılar -Dağlardan uzaqlaşıbBulvara yaxın gəlir...

Nisbi sakitlik nədir?Şimşəklər çaxsın gərək.Suyumuz da düşməniYandırıb-yaxsın gərək.

Nisbi sakitlik nədir?Məəttəldir camaat.Düşməni göz açmağaQoyma bir an, bir saat!

Nisbi sakitlik nədir?Məni fikir aparır.Düşmən AzərbaycanıTikə-tikə qoparır.Varımı-dövlətimiFasiləylə aparır.

Nisbi sakitlik nədir?Əldən fürsət verirsən.Öz əlinlə düşmənəÖzün möhlət verirsən.

Nisbi sakitlik nədir?Kabab oldu ciyərim.Qəti hücum gərəkdir,Mətin ordu gərəkdir,Ey körpə igidlərim,Ey şanlı igidlərim!

Bu - döyüş meydanıdır,Ölüm-dirim anıdır.Bu - alış-veriş deyilPeşman pulu ödəyibQaytarasan malını -Laçını, kəlbəcəri,Şuşanı, Xocalını.Döyüşlərdə döyüşləQaytararlar torpağı

Əsarətdən silahlaQurtararlar torpağı.

Gəl nisbi sakitliyinÜstündən qələm çəkək.Ürəklərdə intiqam,Qətiyyət, cür’ət əkək.Qeyrət, qeyrət yenə də,Yenə də qeyrət əkək!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri