Duz
Duz!Hər yerdə dolu,Hər yerdə ucuz.Ucuzdur iynədən-sancaqdan.Düymədən, daraqdan,Acı siqaretdən,Şit qaletdən.Duz!Qışda-qardaDuzdan baha olur.Bir parçaBuz...Qonşudan duz istəyəndəAdam utanmır heç,Rişğənd ediləcəyinəİnanmır heç.
Duz üstündə heç kiminTamahı sürüşməyib.Duz üstündə bir kişiBərkə-boşa düşməyib.DuzDuzDuz!Hər yerdə dolu,Hər şeydən ucuz...
Naxçıvanda bir gün,Guya vaxtı öldürmək üçünMəni duz mə’dəninə apardılar.Elə bil qar yağmışdıNarın qar...DuzTaptalanır,XırçıldayırdıUcuz-ucuz...Torpağın böyük ne’məti,
Həyatın əbədi ehtiyacı,Zərurəti -Çörəyin duzu,Sözün duzu -Bu - məcazi mə’nasıdır hələDuzun -Hər şeydən ucuzunBrilyanta bərabərKristal, ağ dənələr!..Duz --Başa gəlmirdi rahət,Asudə, ucuz!..İnsanlar tər tökürdü, tər,Nə’rə çəkirdi maşınlar - nəhənglər.Ciyərlərə toz yatırdı.Ciyər,Nəfəs,Ömür - insan baha...Duz - ucuz!Uzanırdı uzaqlaraKanatlar.Vaqonetkalar axırdı
Qatar-qatar,Toqquşurdu bə’zən.Qəfil göy gurultusundanDiksinən kimi olurdum mən.Nə çətin iş, nə ağır zəhmət!Nə böyük sərvət.Duz!Bir stəkan qazlı sudanUcuz!..Yerin altına endik,Ora döndük, bura döndük.Şaxtalar şaxələndi,Başımıza duz ələndi.Ətraf lə’l-cəvahirdi,Daş-qaşdı.Dörd dövrəmiz işıq saçanSehirli daşdı.Duz,Duz,Duz,Dərinlərə getdi yolumuz.İnsanlar layları yarırdı,
Külçələr qoparırdı.Üst qatlarOnların üstündə tutmuşdu qərar.Parıltıdan göz qamaşırdı.TəzyiqdənNəfəs daralır,Hava sıxlaşırdı.Kompressorlar axın verirdiHər an.Durulur, coşurdu qan.İnsanlar mərd, yorulmaz, qoçaq,Yerin üstü də ağ,Yerin altı da ağ.Duz,Duz,Duz.Bahadır, qiymətlidirİnsanın zəhməti kimi,Boldur -Geniş ürəklərinSəxavəti kimi.Hər şeydən baha,
Hər şeydənUcuz!Duz!
Kitabxana.az · https://kitabxana.az/works/qabil-duz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.
Qal indiBir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
Bu qədər ifadələnmə, sənə yoxdu bab, varlıBu qədər ifadələnmə, sənə yoxdu bab, varlı.Fiqəranı, bəsdir, az soy, elə ictinab, varlı.