Bir bülbül oxuyur
Qədim Qobustanın daş səltənəti,Sanki daşa dönüb dalğalı ümman.Bu lal ehtişamı... lal əzəmətiXofla seyr edirik sübh o başdan.
Qorxunc qayaların arasında bizGəzir, görünürük qarışqalar tək.Burda zəriflikdən görünməyir izQobustan heybətli, Qobustan nəhəng.
Ulu babaların qədim məkanıBəlkə cənnət olub haçansa cənnət.İndi, bu saatsa dolan hər yanıBurda yaşıllıqdan yox bir əlamət.
Fəqət, bu daş aləm, bu sakit aləmBülbül cəhcəhindən diksinir qəfil.Əcaib-qəraib qayalar bu dəmKövrəlir, titrəyir əsir elə bil.
Bülbül nalə çəkir... zəngulələriDağılır Qobustan cah-cəlalına.Bəs bülbül də atıb al qönçələriQonarmı daşların çil-çil xalına?
Bəs bağsız, baxçasız, gülsüz, çiçəksizNiyə deyiblər ki, oxumaz bülbül? -Səslənir qobustan, eşidirik bizO deyir “qanuna sığışmaz könül!”
Bülbül fəğan edir, nalə qoparırÇilik-çilik olur daşlarda sükut.Bülbül qan eyləyir, gözüm yaşarır,Ürəyə qanun yox! buyurun, sübut!
Oyuqlar, yarıqlar dolub, daşarmış
Bir dəli bülbülün çılğınlığıyla.Bəli, Qobustan da vidalaşarmışQanuni sükutu, dalğınlığıyla.
Bir bülbül daşlara çırpır özünü,Min bülbül güllərin oduna yanır.“Adət” söhbətini, “qanun” sözünüBülbül də, könül də dananda danır.
Qupquru Qobustan qayalarındaBir bülbül oxuyur bir dəli bülbül,Bütün bülbüllərə, bütün güllərəGəldi ya gəlmədi gülməli, bülbül...
Kitabxana.az · https://kitabxana.az/works/qabil-bir-bulbul-oxuyur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Külək əsir... üşüyür yenə daş-divar,Səkilərin üstünə düşür damcılar,
Məhəbbətdən savayıVurçattasın, vurharay,O xaniman, bu saray,
On səkkiz yaşında...Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.
Xatirə yarpaqlarıTəsəlli tapıram xatirələrdəXatirə sözündən üşənirəm həm.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Gülşəni-raz, fəsil 64از آن گلشن گرفتم شمهای بازنهادم نام او را گلشن راز
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
UşaqlarUşaqlar istərsə seyri-gülüstan,Nə lazım onlara bağ ilə bostan.