Çıxma qabağıma...
Çıxma qabağıma, ey ər şikəstim!Qoltuq ağacların sinə dağımdır.Sizləri görəndə mən hər, şikəstim,Elə bilirəm ki, axır çağımdır.
Çıxma qabağıma, baxa bilmirəm:Yerişin şahanə, qanadın təkdir.Nə deyim, nə yazım, daha bilmirəm,Ona yazdıqlarım çoxmu gərəkdir!
Çıxma qabağıma... dözə bilmirəm,Necə rəvan keçim yanınnan, oğul!Əzab-əziyyətsiz gəzə bilmirəm,Mənimçin keçmisən canınnan, oğul!
Çıxma qabağıma... qorxuram birdənSənə bir çeynənmiş təsəlli verrəm.Həm qoç koroğludan, həm Cavanşirdən,Babəkdən, nəbidən salam göndərrəm.
Minməyib sükuta bürünək barı,
Üstündə yarpağı budaqlar gedir.Uçur tək qanadlı durna qatarı,Qoltuq ağacıyla uşaqlar gedir.
14 yanvar, 1993.
Kitabxana.az · https://kitabxana.az/works/qabil-cixma-qabagima
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Dərd-qəmin ərbabıyam,Dərdlər məndən irad olmaz,
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiyaMən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.
Könül, cahanda qəmi-hicri-yarə səbr eyləKönül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.
Gecikmiş qiymətİlk dəfə böyük dedilər ona;kiçik bir tabutda yatandan sonra.