Gecikmiş qiymət
İlk dəfə böyük dedilər ona;kiçik bir tabutda yatandan sonra.Adı şəfəq saldı yurduna;özü Ay kimi batandan sonra.Kitablarını açdılar;torpaqda qızıl damarı açan kimi.Qaçdı, ətrafındanhəsəd, qərəz, laqeydlik;duman küləkdən qaçan kimi.Çoxları araşdırdı öz xatirəsini,tapdı olanı, uydurdu olmayanı da.Sərfəlini yazdı,gizlətdiyi də oldu.Neçə səhifə, neçə dəftər doldu.Belə çıxdı dost imiş ona,bəd istəyəni də, hayanı da.Hər sözündə bir məna tapıldı.Hər işində bir aləm dəyər.Tarixi bir zərurət imişasqırıbsa, öskürübsə əgər.Neçəsi yada saldı yaxşılığını.Biri nadir natiqliyini,biri qranit məntiqini,biri mehriban yoldaşlığını,xoş qılığını,biri şirin çayı necə qarışdırdığını.Min bir sözə bükdülər xatirəsini;zərli-zibalı söz örtüyündəitirdilər doğrudan da olanların izini.Sağ olsaydıbaxıb bu məhəbbətə,belə günə,özü də təəssüf edərdi,belə bir insanın öldüyünə.Bəlkə də ömrün yükünüdaha rahat daşıyardı.Bəlkə də, neçə il artıq yaşayardı.
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-gecikmis-qiymet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Aləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
Amerika müğənnisi Yelena XeymuraTellərində yetişmiş zəmilərin qızılı,Üzünə bu dünyanın xoşbəxtliyi yazılıb.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?