Zairi-meyxanəyəm müğ səcdəsidir taətim
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Zairi-meyxanəyəm müğ səcdəsidir taətim,
Eşq pirim, nəqdi-can nəzrim, təvəkkül niyyətim.
Hər yana baxsam, sürahi tək sücud etmək işim,
Qanda olsam, badə tək düşmək ayağə adətim.
Tövrümə zahid əgər surətdə eylər etiraz,
İxtilat etsəm, onu şərməndə eylər sirətim.
Bəs ki, cami-mey kimi xoş məşrəbü safi diləm,
Hörmətim vacib bilir, hər kim bilir keyfiyyətim.
Mötəbərlikdir qürur əhli, mən ondan fariğəm,
Etibarə çün deyil qabil mühəqqər heyətim.
Eşq ərbabi-vəfadən zail etmiş mehrimi,
Fəqr əsbabi-əlayiqdən götürmüş rəğbətim.
Ey Füzuli, fəqr toprağında dövlət istə kim,
Sayə ol toprağə salmışdır hümayi-himmətim.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-zairi-meyxaneyem-mug-secdesidir-taetim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Viranəyə də dönsə cahan, uf demərik biz.
Mənim cahanda ki, bir yari-gülüzarım yoxIşim ki, yox, burada qalmağa qərarım yox.
Qəlbimin dərdini mən istəmirəm yarə yazamBilirəm ki, oxumaz, gər ona səd barə yazam.
Zülm şəmşirilə hicranın məni, yar, öldürərHey desəm: öldürmə, – baxmaz ol sitəmkar, öldürər.
Başqa şairlərin şeirləri · Eşq
Əzizi-cani-dil, eyni-dirəxşan,Yazırsan risalə nə yaxşı-yaxşı.
Çığalı müxəmməs: Ey şux mənim yar, vəfadar imsən sənEy şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
Ləli-ləbin ki, xəlq deyirlər şərab onaLəli-ləbin ki, xəlq deyirlər şərab ona,Xasiyyəti-şərab tapar yetsə ab ona.
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,