ای از تو بی دلان را درمان درد حاصل
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
ای از تو بی دلان را درمان درد حاصلما نیز دردمندیم از ما مباش غافل
Min dərdlinin əlacı olmuş əlinlə hasil,Biz də mərizi-eşqik, bizdən sən olma qafil.
ننشست گرد راهت با ما ز سربلندیبااین روش که دارد کی می رسد بمنزل
Məğrur ayaq tozun da əylənmədi bizimlə,Söylə, o bu yerişlə axır taparmı mənzil?
این داغهاست خونین بر سینه پرآتشیا شعله ها که سر زد دور از تو ز آتش دل
Odlu sinəmdə qanlı dağlarmıdır gül açmış,Ya qəlbimə düşən od şölə saçıb, açar dil?
از صبر نیست گر من بر سر نمی کنم خاکدریای محنتم را دشت فناست ساحل
Torpaq sovurdum isə başa, deyil səbirdən,Dəryayi-möhnətimçün dəşti-fənadı sahil.
شکر خدا نمردم وین هر دو آزمودمشهدیست مرگ نافع زهریست هجر قاتل
Çox şükr, ölmədim mən, bildim bu iki sirri:Bal şəhdidir vüsalın, hicrinsə zəhri-qatil.
اشکم روان و از پی سوی تو می دود دلگویا که می کشندش از پیش با سلاسل
Göz yaşlarım dayanmaz, könlüm qaçar dalınca,Sanki onu çəkərlər, boynunda var səlasil.
Məqtə — şairin təxəllüsü olan son beyt. حیرت مکن فضولی از آتش درونمکایینه دلم را شمعیست در مقابل
Məqtə — şairin təxəllüsü olan son beyt. Etmə, Füzuli, heyrət bu qəlbim atəşindən,Çün könlüm aynasilə bir şam durar müqabil.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-241
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Hanı o yarə uyub, xəlvət etdiyim gecələr?Ənisü-munis, olub söhbət etdiyim gecələr?
OynasınSürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasın
Könül, cahanda qəmi-hicri-yarə səbr eyləKönül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.
Halal eyləAna, billah dura bilməm,Mən bağrı daş, halal eylə.