Sənət eşqi
Müəllimim Akif Süleymanova
Sən dedin könlünün sənət eşqiniArzu aləmində diqqətlə yoxla.Sən onu min hissin içində ara,Qoyma küsüb gedə, uça, yox ola.Getsə, çağırsan da qayıtmaz geri,Deyək, lap qayıtdı, harda qalacaq?Geri qayıdanda sənin o arzun,Yerini başqası tutmuş olacaq.
Arzular hamısı əzizdir bizə,Amma onların da bir şahı olur,O sənin könlünün ən uca səsi,Ömrünün bu günü, sabahı olur.
Sən onu tapmasan, bütün nəğmələrEyni bir hüsndə, ahəngdə olur.Təbiət itirir rəngarəngliyi,Bütün Yer kürəsi bir rəngdə olur.
Əziz müəllimim!Sən müdir idin.Yox, çıxmaz yadımdanbir dərnək açdın,Dərnəyin rəhbəri bir yanda qaldı,Sən dərnək apardın, sən ürək açdın,
Bir axşam dedin ki, möhkəm ol, Əli!Səninki şeirdir,səninki sənət!Dedin o sözləri bir dostuma daNə isə... qisməti deyilmiş əlbət.Sənin işarənlə tapdım ünvanı,Döydüm Füzulinin qapısını mən.Sənin o sözlərin deyilməsəydi,Nəçiydim indi mən,hardaydım görən?
Bəlkə də hələ də sərgərdan idim.Tapmaq istəyirdim əsl yerimi.Başqa bir sənətin hücrələrindəQısılıb qalmışdım bir qərib kimi.
Şeir dünyasında qərib deyiləm,Sözüm olmasa da o qədər dərin,Hər şeir yazanda ilk misra kimiDurur göz önümdə sənin sözlərin.
Kitabxana.az · https://kitabxana.az/works/eli-kerim-senet-esqi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gənə bilmirəm bu nə güftardırNə rəsm ü nə ayin kirdardır
ŞərqiÖt, qumrum, öt, sən ki, məndən bəxtiyar,Heç olmazsa, qonacaq bir yuvan var,
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,