Həmişə səfərdə
Qatarlar dayananda,Təyyarələr enəndə,Məncə, bitməyir səfər,Səfərdəsən yenə də.İnsan dünyaya bənzər, -Səfərdədir əbədi.Məncə, oturubsa da,Bir daşın üzərində.Mənalı bir kitabıVaraqlayırsa əgər,Gözəl bir səfərdədir.Yuxulayanda hər axşam,Yuxusu körpüdürsəGünlə gün arasında –Səfərdədir o adam...Hətta məzardadırsa,Xatirəsi dostlara
Bir təpə aşmaq üçünQüvvə verirsə əgər,O yenə səfərdədir.Mənzilə çox var hələ.Səfərdədir,yol gedir...
Kitabxana.az · https://kitabxana.az/works/eli-kerim-hemise-seferde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Qəzəl: Ta əvc döndü bülbüli-dastansəra səsiTa əvc döndü bülbüli-dastansəra səsiGahı gəlir qulağıma bir aşina səsi
Qazdım nə qədər arx üzümdə dırnaqlaGözdən mən ora su bağladım şırnaqla.