Aşiq əgərçi yarı görüb könlü şad olur
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Aşiq əgərçi yarı görüb könlü şad olur,Amma ki, çərx cövrü ilə namurad olur.
Mane olullar aşiqə kim, mehri az ola,Qafil ki, mən olsa məhəbbət ziyad olur.
Şiddət edincə mən olur suzi-dil füzun,Dəryadə mövcə bais olan tünd bad olur.
Zail olurmu pənd ilə aşiqdən eşqi-yar,Damən çalanda şöleyi-nar izdiyad olur.
Bazari-hüsnə aşiqi-miskindi müştəri,Aşiq ki yoxdu, hüsn mətaı kəsad olur.
Məşhur qıldı eşqi-Züleyxa o Yusifi,Aşiqdə hüsn şöhrətinə ictihad olur.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, rümuzi-eşqdə sən də çıxartdın ad,Ta kim, zəmanə var, sənə eşq ilə ad olur.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-asiq-egerci-yari-gorub-konlu-sad-olur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər aşiqin ki, sən kimi bir məhcəmalı yox,Nöqsanı var ki, eşqinin əsla kəmalı yox.
Bahar oldu, könüllər şad olan mövsümdü, yarım yoxBahar oldu, könüllər şad olan mövsümdü, yarım yox,Başımda nəşeyi-mey, əldə cami-xoşgüvarım yox.
Mən tək bahardə hər o şəxsin ki, yarı yoxMən tək bahardə hər o şəxsin ki, yarı yox,Bir bülbüli-fələkzədədir kim, baharı yox.
Eşqdir eyləyən aləmdə bəlalər iycadEşqdir eyləyən aləmdə bəlalər iycad,Eşqdəndir bu qədər aləmi-kovn içrə fəsad.
Başqa şairlərin şeirləri · Eşq
Mən elə kimsəyəm aşiqə bənzər,Könlüm əhli-haldı, dilim dərdi-sər,
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
BuEy mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,