Ey gül, sənə hali-dili-şeydanı deməzlər,Hali-dili-zari-məni-rüsvanı deməzlər.

Gördüm o siyəh türrəni rüxsaruva düşmüş,Yandım oda, bu atəşi-suzanı deməzlər.

Xəttin bilirik müshəfi-hüsnündə, nə məna,Ləfzi oxudurlar bizə, mənanı deməzlər.

Sirri-dəhəni-yarı, könül, axtar, özün tap,Söz yox ki, açıb şəxsə müəmmanı deməzlər.

Ləlin qəmi öldürdü məni, kimsə inanmaz,Can qatili aləmdə Məsihanı deməzlər.

Bimar məni etdi gözün, ikki dodağınDərdimi bilirlər, mənə dərmanı deməzlər.

Məqtə — şairin təxəllüsü olan son beyt. Qafildi gər ol şəm qəmindən, nə məzəmmət,Seyyid, ona suzi-dili-şeydanı deməzlər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri