Siçanların işdən xəbər tutmaları
Gördü bu keyfiyyəti ta bir siçan,Oldu siçan fövcünə müjdərəsan.Söylədi ki, müjdələr olsun sizə,Bəxt olub, şükr ki, yavər bizə.İndi pişik tazə müsəlman olub,Eylədiyi zülmə peşiman olub.Qüsl eləyib tazə, alıb dəstəmaz,Abid olub xaliqə eylər niyaz.Əhd eləyib tutmaya hərgiz siçan,Gərçi acından verə dilxəstə can.Məscidə, mehrabə gətirmiş pənah,Eylədiyi zülmə olub üzrxah.Gündüz oruc, gecə ibadət qılır,Xaliqə sidq ilə itaət qılır.Səbheyi-səddanə götürmüş ələ,Məscidə övradı salıb qülqülə.Rahi-ibadətdədi çapük qədəm,Yetməz onun gərdinə şeyxül-hərəm.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-sicanlarin-isden-xeber-tutmalari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey oğul, bil ki, feyzi-rəbbaniNeçə əqsam edibdi dünyani.
Misal (Çərşənbə günüydü bir tacir)Çarşənbə günüydü, bir tacirPul itirmişdi, tapdı bir facir.
Molla və çoban əhvalatıBir çoban rast gəldi mollayə,Görcəyin düşdü özgə sövdayə.
Müctəhidin təhsildən qayıtmasıMüxtəsər, bir zaman çıxar bu xəbər –Ki, gəlir ol cəhani-fəzlü hünər.
Başqa şairlərin şeirləri
Göylər ki, müləvvən o şəfəqlərlə bərabər,Dəryalara, səhralara min cilvə sərasər
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
UtanmaEy ardən ari, bala, mərdanə utanma,Hər ləhzədə ol sakini-çayxanə utanma!