Nəql eləyim gəl sənə bir dastan,Farsi ilə nəzm eləyib bastan.Türki ilə mən onu təhrir edim,Könlüvü şad et, sənə təqrir edim.Bircə qulaq ver belə dəvayə sən,Eylə nəzər şurişü qövğayə sən.Bil ki, nə sultan, nə xanın cəngidir,Bir pişik ilə siçanın cəngidir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri