Eşqdir eyləyən aləmdə bəlalər iycad,Eşqdəndir bu qədər aləmi-kovn içrə fəsad.

Eşqdir mürşidi-kamil, ona afaq mürid,Eşqə şagird cahan əhli, o kamil ustad.

Eşqdir aləm ara darə çəkən Mənsuri,Eşqdir Qeysi qılan Leyli qəmindən naşad.

Dağdə surəti-Şirinini nəqş eylər ikən,Başına vurdu külüngün niyə axır, Fərhad?

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, eşq sözün söyləmə nafəhmlərə,Çəkmə zəhmət, nə bilir rütbeyi-insanı cəmad.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq