Yüz sərvi-xuraman ola, könlüm səni istər,Yüz baği-gülüstan ola, könlüm səni istər.

Yüz zöhrəcəbin, mahliqa, mehri-dilara,Yüz min məhi-taban ola, könlüm səni istər.

Bu zülməti-zülfündə ləbin abi-bəqamız,Yüz çeşmeyi-heyvan ola, könlüm səni istər.

Ey xublərin şahı, könüldür sənə talib,Aləm hamı xuban ola, könlüm səni istər.

Ey dust, bizə huriyi-qılman nə gərəkdir,Yüz huriyi-qılman ola, könlüm səni istər.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid degiləm bənd olam hər bir güli-alə,Yüz qönçeyi-xəndan ola, könlüm səni istər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq