Ləbini açsa o gül məhfilə şəkkər tökülür
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ləbini açsa o gül məhfilə şəkkər tökülür,Ləfzi təkrar eləsə qəndi-mükərrər tökülür.
Nəkhəti-ənbəri-sara bürüyər afaqı,Hər zaman kim, üzüvə zülfi-müənbər tökülür.
Surətin əksi əgər düşsə, sənin, ayinəyə,Həşrədək ayinədən laleyi-əhmər tökülür.
Eyləsəm arizi-zibasına bir oğru nigah,Qəmzəsindən o bütün üstümə xəncər tökülür.
Bu gecə içmisən, ey lalərüx, ol qədr şərab,Məstü məxmur gözündən meyi-Xüllər tökülür.
Məqtə — şairin təxəllüsü olan son beyt. Vermisən dil gecə sən hansı ləbi-mərcanə,Seyyida, şeri-tərindən dürü gövhər tökülür.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-lebini-acsa-o-gul-mehfile-sekker-tokulur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qadan alım, ay qara göz, sənə bu əda neçindir,Nə üzüqaralıq etdim, mənə bu iza neçindir?
Qəbr evinə o ki, bir şişə meyi-nab aparırQəbr evinə o ki, bir şişə meyi-nab aparır,Atəşi-düzəxi söndürməgə seylab aparır.
Hüsndə Yusifə düşməz edə canan ilə bəhsHüsndə Yusifə düşməz edə canan ilə bəhs,Ey əzizim, nə rəva qul edə sultan ilə bəhs.
Görək meydən nə fitnə oldu hadisGörək meydən nə fitnə oldu hadisKi, zahid söylədi ümmülxəbais?!
Başqa şairlərin şeirləri · Eşq
Fələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
Şanlı gördükcə məni sanki edir qövr fələkŞanlı gördükcə məni sanki edir qövr fələk,Min kələk çidə edir başıma filfövr fələk.