Qadan alım, ay qara göz, sənə bu əda neçindir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Qadan alım, ay qara göz, sənə bu əda neçindir,Nə üzüqaralıq etdim, mənə bu iza neçindir?
Sənə al don yaraşır, niyə geymisən qəra sən,Məgər aşiqin ölübdür, sənə bu əza neçindir?
Yanağındı lalə nisbət, dodağın əqiq manənd,Bədənin səfidi-safi, bəs adın qara neçindir?
Mənə ad Qara gərəkdir ki, mənim günümdü qarə,Bu ad ay vəfalı dilbər, de görüm sana neçindir?
Sənə aşiq olsa hər kəs, olu qarəbəxt billah,Yox isə bu ad səninçün sənəma, şəha, neçindir?
Məqtə — şairin təxəllüsü olan son beyt. Dili zəxmdar Seyyid yetə gər o qarə zülfə,Dəxi qarə lazım olmaz, ona bəs dəva neçindir?
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-qadan-alim-ay-qara-goz-sene-bu-eda-necindir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey sariban, qətarımızı kuyi-yarə çək,Rəhm et, bu dağidarləri laləzarə çək.
Gərəkdi kim, sala hal əhlini bəlayə fələkGərəkdi kim, sala hal əhlini bəlayə fələk,Verir həzar bəla mərdi-mübtəlayə fələk.
Dürdi-mey ta vardır, biz dərdi-aləm çəkmərikDürdi-mey ta vardır, biz dərdi-aləm çəkmərik,Dövləti-piri-müğandan möhnətü qəm çəkmərik.
Yüz feyzin olsa xəlqə əgər afitab təkYüz feyzin olsa xəlqə əgər afitab tək,Dövran salar ayağa səni mahtab tək.
Başqa şairlərin şeirləri · Eşq
Ey yar vəfadarım,Didarına müştaqəm,
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar olaYoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,