Leyla
Qanlı döyüş zamanıBurda bir qız görmüşdüm:Adı Leyla!Özü Leyla!Sözü Leyla!Gözü Leyla!İsti, tozlu yollarıGəzdikcə ayaqlarım,Susuzluqdan partlayıbYanırdı dodaqlarım.Hissəmiz dayanmışdıKənddə, yolun içində,O, hey bizə baxırdıSevinc, maraq içində.Çiynimdən avtomatıƏlimə alıb həmən,Ondan su istədim mən.Qız qaçdı evə sarı...Əlində bir kasa su,Sonra da geri döndü.Baxdım ona, ürəyimŞiddət ilə döyündü.– Alın, için – deyib o,Kasanı verdi mənə.Mən gah kasaya baxdım,Gah da onun üzünə.Soruşdum: – Adın nədir?– Adım, Leyla! – dedi qız.Düşündüm: toplar susar,Bir gün gülər baxtımız!
Qızınsa gözlərinə,Nədəndirsə, bir anlıqÇökdü acı bir kədər.Çökdü sanki qaranlıq.Özü də hiss etmədənƏlimi əlinə aldı,Qəlbinin hərarəti –Mənim əlimdə qaldı.– Getmə, – dedi, – uzağa.Qal burada, amandır,Bu döyüşlər yamandır!– Yox, yox... Qala bilmirəm...Getməliyik indi biz,Qabaqda düşmənlərdir,Arxada Qara dəniz.Biz ayrıldıq o gündən,Döyüşlər yetdi başa,Bir qələbə günəşiQondu torpağa, daşa.Mən yenə bura gəldim,Görmədim qızı ancaq.Ürəyimə sancıldıQara saplı bir bıçaq!– Leyla! – deyib çağırdım:Bağlar susdu, dinmədi.Bəlkə qara yellərin
Qurbanı oldu Leyla?!Ya da qanlı əllərinQurbanı oldu Leyla?!Yerdə Leyla olmadı,Göydə Leyla olmadı.Tapılmadı gözəl qız,Alovların içindəSoldu bizim arzumuz.Yox, Yox! Mənim şeirimdəYurd-yuva saldı Leyla,Krımdan bir yadigarQaldı qəlbimdə Leyla!Qaldı qəlbimdə Leyla!
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-xelil-leyla
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xaqaninin evi. Evin yan tərəfində yaşıl bir yer. Səhərdir. Evdən yaşıllığa kiçik bir pilləkən enir. Nizami və oğlu yaşıllıqda söhbət edirlər.*Nizami**
Vı şəkilAxşamdır. Şamlar yanır. İntizar təkdir. O çox pərişan görünür.*İntizar**
Vıı şəkilGüllü, çiçəkli bir bağça. Bağçanın ortasında gümüş fəvvarəli bir hovuz vardır. Səhərdir. Kəniz qız həzin bir nəğmə oxuyur. Hovuzun kənarında Kosa və Sofi Həsən söhbət edirlər.*Kəniz Qızın Nəğməsi**
Vııı şəkilSıldırım dağlar arasında bir düzənlik. Axşam üstüdür. Dar ağacı qurulmuşdur. Dar ağacının yanında iki məzarçı bir məzar qazır. İş qurtarmaq üzrədir. İkinci və üçüncü saray əsgərləri gəlirlər.*İkinci Əsgər**
Başqa şairlərin şeirləri
Vahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Yarı gördüm bu gün xəndan oturmuşYarı gördüm bu gün xəndan oturmuş,Yanağı tazə gül reyhan oturmuş.
EllərəMüshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,