Demə, bir də demə mənə:– Alnın niyə qırış-qırış,Saçların da tez ağarmış?..Bircə dəfə haqq yolunda,De, səngərə yatdınmı sən?Durub xeyrin keşiyində,Şərə güllə atdınmı sən?Demə, bir də demə mənə:– Nədir səndə bu iztirab?Gözündəki bu dalğınlıqÜzündəki sonsuz əzab?Sən zamanın daş yükünüÇəkmisənmi kürəyində?Bəzən haqlı ola-ola,Öz sözünü öz əlinləBoğmusanmı ürəyində?Görmürsənmi, car çəkərəkNamus, vicdan deyənləri?Namusunu, vicdanınıMənsəb üçün, şöhrət üçünÇörək edib yeyənləri?Demə, bir də demə mənə:– Baxmayırsan əsla sözə,Nə evinə dəvət edir,– Nə gəlirsən özün bizə?– Dadmısanmı dar günündə“Dost” eləyən xəyanəti?Birdən-birə yoxa çıxanOnlardakı dəyanəti?

Əhdi yalan, sözü yalanİnsanlarla ömründə sənHeç üz-üzə durmusanmı?Qızarmayan üzlərinəSən onların öz əlinləBircə şillə vurmusanmı?Demə, bir də demə mənə:– Bəs deyilmi bu dərd, qada?Başqasına can yandırıb,Sən özünü salma oda.Söylə görüm, yadındamı,Arxa olub bir insanınTutmusanmı sən əlindən?Yaxşı gündə, yaman gündəÜrək açan şirin bir sözÇıxıbdırmı heç dilindən?İnsanların fəlakəti –Fəlakətim olmuş mənim!İnsanların səadəti –Səadətim olmuş mənim!Son gündə bir cildə giribGəl nəsihət vermə yenə;Rəndələnmiş bu sözləriDemə, bir də demə mənə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri