I

Durmuşam sahildə... Dənizdə tufan,Damcılar sıçrayır yanaqlarıma.Baxdım damcılara...Qəlbimdən bu an

Bir şeir süzüldü dodaqlarımaYox, yox! Süzülmədi,Göz yaşımla mənO şeiri yazaraq verirəm sizə.Oxuyun siz onu!.. Bilirəm hökmənSadiq dost olacaq o, qəlbinizə!

II

Leysan tək yağmadı başıma şöhrət,Hər şey damcı-damcı verildi mənə,Düşməndə kin gördüm, “dostda” xəyanət,İnandım mən ancaq zaman deyənə.

Zaman! Adil zaman! Cəld tərpən bir az,Tülkülər gəzməsin yuxarı başda!Yetər, bu dərdlərə tab etmək olmaz,Ürək yox, inan ki, əriyər daş da!..

Qoy şər yeriməsin xeyirin üstə,Namərd mərd olana çəkməsin qılınc!Yaman şad olmasın, yaxşı da xəstə,Namus sayılmasın insana qaxınc!

Oğru oxumasın doğruya meydan,Çaxsın ildırım tək qoy haqqın səsi!Daim şöhrət olsun dünyaya vicdan,Cansıza can versin onun nəfəsi!..

Ədalət və namus yar olsun bizə,Hər kəs hünəriylə yetsin şöhrətə!Yaltaqlar ox kimi girməsin gözəİnsan səcdə etsin hər an zəhmətə!..

Yox, unut, şairim, unut sən bunu,Sən də çalxalanıb gurla, ey dəniz!Çox asan zənn etmə həyat yolunu,Enişlər, yoxuşlar az görmədik biz!

Çalxalan, ey dəniz! Çalxalan, gurla!Qoy gəlsin damcılar üstümə sarı.Qoy insan yaşasın daim qürurla,Damcılar olsa da ömrünün yarı!..

Çalxalan, ey dəniz!.. Çalxansın zaman,Damcılar özü də bir qənimətdir.Taledən şikayət etmirəm, inan,Belə bir həyat da bir səadətdir!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri